Riyazi "supersavad": Azərbaycanda dördüncü sinif şagirdi də avtobus sürücüsü ola bilər - VİDEO
Azərbaycanda dördüncü sinif şagirdləri üçün nəzərdə tutulan dərs vəsaitində qoyulan məsələ hər kəsi düşünməyə vadar edib.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Belə ki, söhbət dördüncü siniflər üçün riyaziyyat fənni üzrə dərs vəsaiti kimi istifadə olunan nəşrdən gedir.
Valideynlərdən birinin çəkdiyi videoda dərs vəsaitindən bir məsələ işıqlandırılıb. Məsələdə deyilir:
"Siz avtobusun sürücüsüsünüz. Avtobusda 20 sərnişin var. Birinci dayanacaqda beş qadın düşdü, iki kişi mindi. İkinci dayanacaqda üç qadın mindi, bir kişi düşdü. Sürücünün neçə yaşı var?"
Məsələnin cavabı isə "Sizin neçə yaşınız varsa, o qədər" kimi qeyd edilib.
Valideyn məsələnin tərtibatından şikayət edib. O, aidiyyətsiz məsələnin dördüncü sinif şagirdləri üçün təyin edilməsini məntiqsiz adlandırıb.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən problemin həlli onların səlahiyyətinə daxil deyil.
Qeyd edək ki, bir müddət bundan öncə daha bir dərs vəsaitində məntiqsiz vəziyyət aşkarlanmışdı. Belə ki, rus bölməsi üzrə 1-ci sinif şagirdləri üçün nəzərdə tutulan riyaziyyat dərsliyində məsələnin rabitəsiz olması səbəbindən 150 mindən çox şagird kitabda Anarı axtarırdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1521 Tarix: 28 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr