Kamil Zeynallının 10 yaşlı qızının maşın sürməsinə DİN-dən REAKSİYA

Kamil Zeynallının 10 yaşlı qızının maşın sürməsinə DİN-dən REAKSİYA"Bu çox yalnış bir addım və kobud qayda pozuntusudur. Biz yol hərəkəti qaydasından, insanların təhlükəsizliyindən danışırıq. 10 yaşlı uşağa idarə etməsi üçün avtomobil əmanət etmək nə deməkdir? Bu ağla, şüura, qanunvericiliyə ziddir və cəzası var".

Bu sözləri Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məşqçi Kamil Zeynallının 10 yaşlı qızının avtomobil idarə etməsinə münasibət bildirərkən qeyd edib.

A.Əsgərli onu da vurğulayıb ki, tanınmış simaların bu cür davranışlara yol verməsi təəssüf hissi doğurur.

"Kamil Zeynallı cəmiyyətdə tanınan simadır. Tanınan adamların da bu cür davranışları,ümumiyyətlə, yolverilməzdir. Təbii ki, bu fakt araşdırılacaq və hüquqi qiymət veriləcək. Bir insan cəmiyyətdə tanınırsa, qayda pozmaqla yox, nümunəvi hərəkətlər etməlidir. Ən əsası da qanunun aliliyi prinsiplərinin təbliğatçısı olmalıdır. Sürücülük hüququ olmayan, xüsusilə də azyaşlı uşağa avtomobil həvalə etmək olduqca təhlükəlidir. Qanunla sürücülük hüququ olmayan şəxsə 100 AZN, onu idarə etməyə verən fiziki şəxsə isə 60 AZN cərimə nəzərdə tutulub. Lakin burda digər tərəf məsuliyyətə cəlb etmə yaşında deyil, elə faciə də burasıdır ki, sükan uşağa verilib. 10 yaşlı uşağı cərimə etmək olmaz, qanunvericilik buna icazə vermir. Bu, onun valideyninin, yaxınının bağışlanılmaz səhvidir. Əgər bunu edibsə və videonu da paylaşıbsa, bu don geyindirilməyəcək, əsas gətirilməyəcək səhvdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6247   Tarix: 28 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Bakının üç rayonunda işıq olmayacaq

Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

22 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr