Laçının intiharına səbəb olan atanı hansı cəza gözləyir?
Şərur rayonunun Zirvə kənd sakini Laçın Ümman qızı Rzayeva imtahan nəticələrinin zəif olduğu üçün valideynlərinin təzyiqlərinə dözməyərək intihar edib.
17 yaşlı gənc intihardan əvvəl sosial şəbəkədə paylaşım edib. Paylaşıma əsasən, ata evdən çıxarkən "Mən işdən qayıdınca özünü öldür" deyib, övladı isə bunu ciddi qəbul edib.
Mövzu ilə bağlı Sonxeber.az saytına vəkil Anar Ramazanov açıqlama verib.
O bildirib ki, mərhum şəxs intihardan əvvəl hər şeyi açıq-aşkar yazıb.Bu da o deməkdir ki, valideynlər məsuliyyətə cəlb oluna bilər. Övlad valideyndən həm maddi, həm də psixoloji baxımdan asılıdır. Görünür ki, imtahanda zəif nəticə göstərdiyi üçün onu mütəmadi məzəmmət ediblər və nəticədə gənc buna dözə bilməyib canına qəsd edib.
"Təbii ki tək bu paylaşımla valideyni tutmurlar. Hər bir halda araşdırma gedəcək. Cinayət məcəlləsinin 125-ci maddəsinə əsasən, bununla bağlı həmin şəxs məsuliyyətə cəlb oluna bilər. Özünü öldürmə həddinə çatdırma cinayət qanunvericiliyində müəyyən olunur ki, təqsirkardan asılıdır. Zərərçəkmiş şəxslə amansız rəftar etmə, hədə-qorxu gəlmə, ləyaqətini mütəmadi alçaltmaq, özünü öldürmə həddinə çatdırma əməli 3 ildən 7 ilə qədər müddətə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Qeyd edək ki, polis məsələ ilə bağlı araşdırma tədbirlərinə başlayıb.
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4412 Tarix: 29 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabr