Telefonunuzda bu proqramlar varsa, kartınızdan pul çıxardıla bilər-ARAŞDIRMA
"Google Play" tətbiqində olan 8 proqram istifadəçilərin pullarını oğurlaya bilər.
Sonxeber.az xəbər verir ki, amerikalı mütəxəssis "Android" əməliyyat sistemi ilə işləyən telefonları hədəfləyən tətbiqləri ortaya çıxardıb.
Bildirilir ki, 8 tətbiqdə aşkar edilən "autolycos" adlı virus istifadəçilərə maddi ziyan vurur.
Qeyd olunan proqramı yükləyən insanlar ödənişli xidmətlərə abunə olmağa başlayırlar. İlk dəfə 2021-ci ildə aşkar olunan bu virusun mənbəyini tapmaq təxminən 6 ay çəkib. Həmin proqramlar 3 milyondan çox dəfə yüklənib.
Təhlükəsizlik üzrə mütəxəssislər telefonunuzu və pulunuzu qorumaq üçün aşağıdakı tətbiqləri dərhal silməyi məsləhət görürlər.
Həmin proqramları təqdim edirik:
"Razer Keyboard & Theme"- 10.000 yüklənmə
"Vlog Star Video Editor"- 1,000,000 yüklənmə
"Funny Camera"-500.000 yüklənmə
"Coco Camera"-1000 yüklənmə
"Creative 3D Launcher"-1.000.000 yüklənmə
"GIF Keyboard"-100.000 yüklənmə
"Freeglow Camera"-5000 yüklənmə
"Wow Camera"-10.000 yüklənmə
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5984 Tarix: 29 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabr