Bu məscidin adı dəyişdirilir
Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən "Əbu-Bəkr" məscidində yenidən bərpa-gücləndirmə işləri aparılacaq.
"Report"un əldə etdiyi məlumata görə, hazırda məsciddə ötən il start verilən bərpa-gücləndirmə işləri davam etdirilir.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması ilə əlaqədar yenidən tender elan edib.
Tenderə uyğun olaraq, ibadət ocağında hazırda həyata keçirilən işlərin davamı kimi yenidən bərpa-gücləndirmə işlərinə başlanılacaq. Bütün işlər tam yekunlaşandan sonra isə məscid "Cümə məscidi" adı ilə fəaliyyət göstərəcək. İşlərin nə zaman yekunlaşacağı hələ məlum deyil.
Xatırladaq ki, ötən il məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb. Məlumata görə, artıq həmin məbləğ müqabilində həyata keçirilən işlər yekunlaşmaq üzrədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1544 Tarix: 29 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabr