NAZİRLƏR ƏLÇATANDIRMI? – Deputat HƏ, jurnalist YOX deyir

NAZİRLƏR ƏLÇATANDIRMI? – Deputat HƏ, jurnalist YOX deyirZaman-zaman vətəndaşların, xüsusi ilə də jurnalistlərin nazirlərlə əlaqə yarada bilməməsi müzakirələrə səbəb olub. Bəzən vətəndaşlar problemini nazirliklərin əlaqələndirici şəxslərinə çatdırsalar da, həll yolu tapa bilmirlər. Həll etmək üçün nazirlərə üz tutsalar da, əliboş geri qayıdırlar.

Bu məsələ nazirlərin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə bağlı səsləndirilən fikirlər sırasında birinci gəlir.

Qeyd edək ki, bir çox deputatlar parlament iclaslarında telefonla belə nazirlərin qəbuluna düşə bilməmələri haqda dəfələrlə mətbuata gileyli açıqlamalar veriblər. Deputatların belə görə bilmədiyi nazirləri vətəndaşların görməsi isə müşkül məsələdir.

Bununla yanaşı, nəyinki nazirlər, hətta nazirlərin sözçüsü olan mətbuat katiblərinə belə bəzən düşmək mümkün olmur. Telefona cavab versələr də, sorğunu cavablandırmağa "can çəkirlər".

Maraqlıdır, nazirlərin vətəndaşdan "qaçmasının" səbəbi nədir?

Mövzu ilə bağlı Lent.az-a danışan "Şərq" qəzetinin redaktoru Yusif Nəzərli hesab edir ki, öncə nazirliklərin əlaqədar strukturları əhali ilə sıx təmasda olmalıdır:

"Məsələ burasındadır ki, Azərbaycanda yaşayan 10 milyon əhalinin yarısından soruşsanız ki, nazirlərə əl çatanlıq nə qədərdir, böyük əksəriyyət mənfi cavab verəcək. Vətəndaşlar bir yana, heç deputatlarımız sözlərini, seçicilərinin dərdlərini nazirlərə çatdıra bilmirlər. Bunu parlamentin hər iclaslarında, az qala, hər gün millət vəkillərinin dillərindən eşidirik.

Bir tərəfdən də nazirlər bu qədər vətəndaşın problemlərini dinləmək zorunda da deyil. Nazirliklərin əlaqədar strukturları əhali ilə sıx təmasda olmalıdır, problemləri dinləməlidir. Təəssüf ki, onlar da işlərini, vəzifələrini düzgün görmürlər".

Y.Nəzərli heç yaxın 5 ildə də bu problemin həll olunmasına inanmır:

"Amma bütün hallarda Avropada, qardaş Türkiyədə olduğu kimi bələdiyyə sistemi normal işləməlidir. İnsanlar problemlərini bələdiyyələr vasitəsi ilə həllinə çalışmalıdırlar. Nə yazıq ki, bizdə heç yaxın 5 ildə də belə bir sistemin formalaşmasını, çox təəssüf ki, görməyəcəyik. Yəni deputatı qulaqardına vuran nazirliklərin qapılarını vətəndaşların üzünə açıq saxlaması yuxu kimi bir şeydir.

O ki, qaldı nazirlərin, nazirliklərin mediaya açıq, əl çatan olması, bu da illərdir belə davam edir. Bəzi nazirliklərin, komitələrin mətbuat xidmətləri istisna olunmaqla demək olar ki, əksəriyyəti jurnalistlərin sorğularını belə cavablandırmaq həvəsində deyillər. Halbuki, hər nazirlik heç olmasa ayda bir dəfə mətbuat konfransı düzənləyib, həm hesabat verə bilər, həm də jurnalistlərin suallarını cavablandıra bilər. Biz bunların heç birini görə bilmirik. Bu məsələ jurnalistikamızın ən yaralı yeridir, sağalana da oxşamır".

Məsələyə münasibət bildirən Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev tək nazirlərin yox, onların əlaqələndiricilərini belə əlçatan hesab etmir:

"Nəyinki nazir, kiçik və böyük dövlət qurumlarının əməkdaşları belə əlçatan deyil. Mənim üçün əlçatandır. Çünki mən dövlət telefonundan zəng edirəm. Amma mən başqa telefonla zəng etsəm, danışa bilmərəm.

Mən həmişə demişəm ki, sıravi bir vətəndaş hər hansı problemini həll etmək üçün nazirlə bir-başa danışa bilmir. Mən danışa bildiyim üçün mənə müraciət edən onlarla insanın şikayətini həll edə bilmişəm. Elə problem var ki, bir sözlə həll oluna bilir. Amma vətəndaş buna görə illərlə sürünür. Əlçatanlıq olmadığı üçün sözünü deyə bilmir.

Mən hesab edirəm ki, xalqımızın yaxşı yaşaması, problemlərin aradan qalxması üçün nazirlərimiz əlçatan olmalıdır".

Deputat zaman keçsə də, nazirlərin vətəndaşlar üçün tam əlçatan olmasına inanmır:

"Cənab prezidentin tapşırığı ilə nazirlər və onların müavinləri, dövlət orqanlarının rəhbərləri rayonlara gedib insanları qəbul edir. 50 nəfər gəlibsə, 45-nin problemi həll olunur. Bir sual ortaya çıxır: Bu indiyə qədər niyə həll olunmurdu?

Avropa ilə müqayisə etsək, orda nazirlər velosipedlə işə gedirlər. İnsanlar, cəmiyyət arasında olurlar. Amma bir məsələ var ki, o, velosipedlə gedir deyə insanlar onun üstünə gedib sual vermir. Heç kim onu narahat etməyi özünə sığışdırmır.

Əslində, bizdə də bu məsələlər düzələcək, zaman lazımdır. Sadəcə, tez həll olunması daha yaxşıdır. Çox təəssüf edirəm ki, dövlət orqanlarının birinci və ikinci şəxslərinə, onların sözçülərinə çıxmaq sadə vətəndaş üçün mümkün deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1265   Tarix: 29 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021