"İnkişaf etmiş ölkələrdə bir nazirliyin tabeliyində bir-birinə yaxın olan sahələrin birləşdirilməsi dövrün reallığıdır"

"İnkişaf etmiş ölkələrdə bir nazirliyin tabeliyində bir-birinə yaxın olan sahələrin birləşdirilməsi dövrün reallığıdır""Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı elmin və təhsilin inteqrasiyasında yeni mərhələnin başlanğıcıdır. Dövlət başçısının elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son fərmanı yeni çağırışların, islahatların tərkib hissəsi kimi günün tələbindən irəli gələn bir sənəddir. Bu fərmanda nəzərdə tutulan dəyişikliklər, ilk növbədə, təhsilin keyfiyyətinin yüksəldilməsini və təhsil uğurları əsasında elmin inkişafını hədəfə alıb".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb, Elm və Təhsil Nazirliyinin tabeliyində iki agentliyin yaradılması və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra strukturlarının Nazirliyin tabeliyinə verilməsi nəzərdə tutulub:

"Sənəddə də qeyd olunduğu kimi, bu Fərmanın imzalanmasında əsas məqsəd dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi, qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə çağdaş dünyanın tələblərinə cavab verən idarəetmənin daha da təkmilləşdirilməsidir.

Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən islahatlar uğurlu şəkildə davam etməkdədir. Azərbaycan Prezidentinin elm və təhsillə bağlı köklü islahatları həm də bütövlükdə islahatlar paketinin tərkib hissəsidir. İslahatlar paketi yalnız kadrların dəyişdirilməsi ilə məhdudlaşmır. Prezident İlham Əliyevin qətiyyəti və müdrikliyi sayəsində ölkəmiz yalnız idarəçi kadr potensialı baxımından deyil, həm də idarəçilik sisteminin yeniləşməsi ilə növbəti inkişafa yönlənib. Son illərdə bəzi dövlət strukturlarının birləşdirilməsi, yeni qurumların yaradılması, idarəçiliyin modernləşdirilməsi, yeni dünya düzəninə cavab verən idarəetmə formasının qurulması ölkə rəhbərinin idarəetmə sahəsində siyasətinin başlıca xəttini təşkil edir".

Fikirlərinin davamı olaraq, deputat vurğulayıb ki, müasir dövrün reallıqları ölkələr qarşısında həlli vacib vəzifələr qoyur:

"Bu vəzifələrin böyük hissəsi istənilən ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi olan elm və təhsilin payına düşür. Məhz elm və təhsilin üzvi surətdə vəhdəti, biliklər iqtisadiyyatının inkişafına yol açmaqla insan kapitalının formalaşmasını və rəqabət dünyasında ölkənin mövqelərinin möhkəmlənməsini şərtləndirir. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı fərmanla Elm və Təhsil Nazirliyinin yaradılması dünya təcrübəsində özünü təsdiq etmiş son illərin mühüm reallıqlarından biridir.

Dünyada Elm və Təhsil Nazirliyinin yaranması təcrübəsi geniş yayılıb. Bir çox ölkələrdə Elm və Təhsil Nazirliyi və yaxud da Elm və Təhsil Komitəsi, bəzi ölkələrdə Elm, Təhsil və İdman Nazirliyi, digər ölkələrdə isə Elm,Təhsil, İnnovasiyalar, İdman və Gənclər Nazirliyi kimi formatların olduğu məlumdur. Qeyd etməliyik ki, inkişaf etmiş ölkələrdə bir nazirliyin tabeliyində bir-birinə yaxın olan sahələrin birləşdirilməsi dövrün reallığıdır. Bunun sayəsində qarşılıqlı fəaliyyətin və inteqrasiyanın real nəticələrini əldə etmək mümkündür".

Tamam Cəfərova bir məqamı xüsusilə qeyd edib:

"Uzun müddətdir cəmiyyətdə Elmlər Akademiyasının gələcək fəaliyyəti ilə bağılı geniş müzakirələr aparılırdı. Cənab Prezidentin müvafiq Fərmanı Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlaması məqsədi daşıyır. Şübhəsiz ki, bu Fərman təhsil və elm sahəsində dövlət siyasətini, tənzimlənmənin və koordinasiyalı fəaliyyətin uğurla həyata keçirilməsini şərtləndirəcək.

Azərbaycan Milli Elmlər Akademiyası humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək. Burada Milli Elmlər Akademiyasının da üzərinə ciddi vəzifələr düşür. Bu qurum Azərbaycan elmində öz sözünü deməyi və yerini qorumağı bacarmalıdır. Dünya elmşünaslığında hər zaman öz mövqeyi olmuş, böyük alimləri ilə tarixdə ad qoymuş Azərbaycanın, bütün sahələrdə olduğu kimi, çağdaş elmi fəaliyyətdə də önə çıxması hər kəsi, xüsusilə ölkə rəhbərliyini düşündürən önəmli məsələlərdəndir. Ümummilli lider Heydər Əliyevin elmə və alimlərə qayğısı Prezident İlham Əliyev tərəfindən ötən illərdə uğurla davam etdirilib. Milli Elmlər Akademiyası, onun elmi institutlarının fəaliyyəti daim ölkə rəhbərinin diqqətində olub. Son fərman da elə bu diqqət və qayğının növbəti önəmli nümunəsidir".

Deputatın fikincə, Azərbaycanda Elm və Təhsil Nazirliyinin yaradılması, ölkənin elmi-intellektual potensialının bir mərkəzdə cəmləşdirilməsi bu sahənin yeni inkişafına səbəb olacaq:

"Prezidentin Fərmanında nəzərdə tutulan islahatlar Azərbaycan vətəndaşının məktəbəqədər təhsildən başlamış elmin zirvəsinədək biliklər aləmində yüksəliş yolunun bir qurumun nəzarətində olmasını təmin edəcək. Elm-təhsil sferasını əhatə edən bu struktur dəyişikliyinin ciddi nailiyyətlərə səbəb olacağı şübhəsizdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının dünya miqyasında inkişaf zirvəsinə çatmasını qəti şəkildə qarşıya məqsəd qoyub və dövlət başçısının imzaladığı məlum Fərman ölkəmizdə elmin, təhsilin inkişafına hesablanmış və uğurlu inkişaf strategiyasına böyük töhfədir. İnanırıq ki, Elm və Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası onun qarşısında qoyulan ağır və məsuliyyətli işin öhdəsindən layiqincə gələcək. Bu müqəddəs vəzifənin icrasında hər iki quruma uğurlar arzulayırıq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1702   Tarix: 29 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi də yüksəkdir" - Orxan Məmmədov

"Azərbaycanın işğaldan azad edilmiş əraziləri böyük iqtisadi potensiala malikdir və aqrar sektorun inkişafı üçün yeni imkanlar açır". xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakı Eksp

5 may
.

Bir aydır bağlı olan yoldakı 2 metrlik çuxur nə vaxt təmir olunacaq?

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Xaçmazın İstisu qəsəbəsindən keçən yoldakı çuxura avtomobil düşüb. "Qafqazinfo" xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Minik avtomobilini iki metrədək dərinliyi olan çuxurdan çıxarmaq üçün əraziyə texnika cəl

6 may
.

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı müraciət

Baş Prokurorluq Milli Onkologiya Mərkəzində törədilən partlayışla bağlı yenidən məlumat yayıb. Qaynarinfo xəbər verir ki, açıqlamada deyilir:. "Partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-i saat 21:45-də müalic

6 may
.

WUF13 çərçivəsində Bakıda xüsusi hərəkət zolaqları yaradılacaq - BU KÜÇƏLƏRDƏ

WUF13 çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Müvəqqəti hərəkət zolaqları Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov küçəsi, Mehdi Abbaso

4 may
.

I sinfə qəbul prosesi başlayır

Mayın 6-sı saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. "Qafqazinfo" xəbər verir ki, qəbul prosesi portalı vasitəsilə aparılacaq. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçir

6 may
.

Sirkə içən "Dr. Gülü"nün vəziyyəti necədir? - Açıqlama

Bakıda özünü "Dr. Gülü" kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, yayılan məlumata görə, o, sirkə turşusu qəbul edərək özünü zəhərləyib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır. Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzə sorğ

6 may
.

"2025-ci ildə Azərbaycandan rekord sayda kənd təsərrüfatı məhsulları dünya bazarına ixrac olunub" - Qoşqar Təhməzli

Ötən il Azərbaycandan 914 min ton bitkiçilik məhsulları ixrac edilib. xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) dədri Qoşqar Təhməzli bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qid

5 may
.

"Azərbaycan-İtalya strateji tərəfdaşdırlar, Ciorcia Meloninin səfəri də əlaqələrin daha da inkişaf etdiriləcəyindən xəbər verir" - DEPUTAT

"Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri zamanı verdiyi bəyanat barədə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiriləcəyindən xəbər verir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qey

5 may
.

Eldar Əzizov rəisi işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr dəyişikliyi olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Əmr imzalayıb. Əmrə əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularını

6 may