Kəlbəcərdəki tornado son deyil: Bizə tanış olmayan təbiət hadisələrilə də rastlaşacağıq - YENİLƏNİB + VİDEO

Kəlbəcərdəki tornado son deyil: Bizə tanış olmayan təbiət hadisələrilə də rastlaşacağıq - YENİLƏNİB + VİDEO"Kəlbəcərdə yay fəsli üçün xarakterik təbiət hadisəsi baş verib. İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludlarının inkişafı nəticəsində Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib".

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb.

"Son günlər temperaturun yüksəlməsi və su hövzəsində buxarlanmanın intensivləşməsi topa yağış buludlarının əmələ gəlməsinə səbəb olub. Topa yağış buludlarının şaquli ölçülərinin böyük, təzyiq fərqinin isə çox olması buludun aşağı hissəsində yaranan hava axınlarının sürətlə buluda doğru hərəkət etməsinə şərait yaradıb".

G.Məmmədovanın sözlərinə görə bu, su hövzəsinə yaxın olan dağlıq ərazilərdə yay fəsli üçün xarakterik təbiət hadisəsidir.

12:54
Ötən gün Kəlbəcər rayonunun Alagöllər adlı ərazisində burulğan qeydə alınıb. Təbiət hadisəsi həvəskar kameraların obyektivinə tuş gəlib.

Maraqlıdır ki, bu günə kimi Azərbaycanda tornadonun baş verməsinə dair məlumatlara rast gəlinmir. Bəs müşahidə olunan bu təbiət hadisəsinə səbəb nədir?

Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən iqlimşünas Məhərrəm Mehtiyev bildirib ki, ətraf mühitə zərbələr və təsirlər günü-gündən artır:

"Məsələ təkcə iqlim dəyişmələri problem deyil, eyni zamanda biomüxtəlifliyə dəyən ziyan, yaşıllıqların şüurlu şəkildə azaldılmasıdır. İşğaldan azad edilən ərazilərdəki meşələr işğal altında olduğu dövrdə yandırılaraq, kəsilərək məhv edilib. Bu vəziyyət də ərazilərdə iqlim dəyişmələri probleminə səbəb olub. Artıq Azərbaycanda orta illik temperatur 1,1 dərəcə qalxıb ki, bu özü böyük bir problemdir".

İqlimşünasın sözlərinə görə, biomüxtəlifliyin azalması, torpaqlarımızın səhralaşması kimi problemlər tornado və bir çox bizə tanış olmayan təbiət hadisələrinə gətirib çıxaracaq:

"Biz xalq və dövlət olaraq birləşib bu problemin öhdəsindən birgə gəlməliyik. İqlim dəyişmələrinə əsas səbəb atmosferdə olan karbon qazının artmasıdır. Yanacağın emalından əmələ gələn karbon qazı atmosferə atılır, belə olan halda bizim ilk işimiz atmosferə atılan karbon qazını azaltmaqdır. Bunun üçün də fərqli texnologiyalar var. Həmin texnologiyalar vasitəsilə karbon qazı tutulur və ondan səmərəli istifadə edilir".

Ekspert əlavə edib ki, təkcə energetikadan 11 milyon ton karbon qazı atmosferə atılır:

"Kütlə çox böyük olduğu üçün onun hamısını sərfəli istifadə etmək mümkün deyil. Maksimum beş milyon tonu istifadə oluna bilər. Yerdə qalan altı-yeddi milyon ton karbonu tutub bizdəki neft-qaz yataqlarındakı tükənmiş laylara vurmaq ən yaxşı üsullardan biridir".

M.Mehtiyev qeyd edib ki, daha bir yol isə alternativ və bərpa olunan enerjiyə keçməkdir:

"Daha ideal variant kimi görünsə də, bu, iqtisadi və ərazi cəhətdən mümkün deyil. Həmin texnologiyaların da ən yenisi lazımdır. Bərpa olunan enerji böyük miqdarda atom elektrik enerjisi tələb edir ki, bu da böyük vəsait deməkdir. Məhz buna görə əhalinin güzəranını pisləşdirə bilmərik".

Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov APA-ya açıqlamasında qeyd edib ki, Kəlbəcərdə qeydə alınan təbiət hadisəsi bizim iqlim üçün xarakterik deyil.
"Bizdə buna hava burulğanı da deyilir. Bu təbiət hadisəsinin necə baş verməsi haqda birdən çox versiya var. Konkret səbəbi elmə tam məlum deyil. İlkin versiyalardan biri budur ki, atmosferdə iki əks istiqamətli hava axınları böyük fırlanma hərəkəti ilə toqquşur və təzyiqin həddən çox aşağı düşməsi nəticəsində qeyd etdiyimiz təbiət hadisəsi meydana gəlir.

ABŞ-da tornado baş verəndə xəbərdarlıq edilir və insanlar bunkerlərə yerləşdirilirlər. Çünki güclü tornado hətta beşmərtəbəli binanı belə yerindən qaldıra bilər. Kəlbəcərdə baş vermiş hadisə bunun kiçik variantıdır. Görünür ki, lokal xarakterli olduğundan xortum çox da böyük hərəkətə malik deyil. Səhv etmirəmsə, Alagöl üzərində müşahidə edilib. Böyük sürətə malik olsaydı, hadisəni seyr edən insanlar üçün təhlükə yaratmış olardı.

Bildirim ki, 2012-ci ildə Qaradağda yerləşən həbsxana üzərində belə bir proses olmuşdu və biz onu radar vasitəsilə müşahidə etmişdik. Həmin vaxt tornado həbsxananın hasarlarını yerindən çıxarmışdı. Qeyd etdiyim kimi, bu hadisə bizim üçün xarakterik deyil, lakin iqlim dəyişmələri ilə əlaqədar olaraq bizdə də bu tip hadisələr tez-tez təkrarlana bilər", - deyə Səid Səfərov əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3606   Tarix: 30 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021