Müəllimlərin YENİ TƏKLİFİNƏ təhsil ekspertindən ETİRAZ
Son zamanlar məktəblərdə keçirilən imtahanlar ətrafında baş verən bəzi hadisələr neqativ rəy formalaşdırıb. Buna səbəb kimi isə müəllimlər yeni təklif ilə çıxış ediblər. Belə ki, onlar məktəblərdə hər dərs üçün iki müəllimin cəlb edilməsi fikri ilə çıxış ediblər. Müəllimlərin fikrincə, onlardan biri şagirdlərə dərsi tədris etdiyi zaman, digəri isə qiymətləndirmə ilə məşğul olmalı, KSQ, BSQ hazırlayıb yarımillik və illik qiymətlərə nəzarət etməlidir.
Təklifi irəli sürən müəllimlər qeyd edib ki, bu hal həm işsiz minlərlə insanı işlə təmin etməyə kömək edəcək, həm də şagirdləri dərs prosesindən yayındırmayacaq.
Sonxeber.az məsələ ilə bağlı öz fikirlərini Ednews-la bölüşən təhsil eksperti Elçin Əfəndi səsləndirilən təklifi cəfəngiyat adlandırıb.
"Bu vəzifələr üçün texniki işçilərin işə götürülməsi və onların müəllimlərin əvəzinə bir sıra işləri yerinə yetirməsi yolverilməzdir. Bu, müəllim adına qarşı hörmətsizlikdir. Müəllim pedoqoji peşə sahibidir və onun vəzifə borcu təhsil verməkdir. Bu vakant yerlərin doldurulması üçün verilən təklif kimi irəli sürülübsə belə, yenə də çıxış yolu deyil. "Məktəblinin dostları" layihəsi var, bundan başqa işə digər texniki işçilər cəlb etmək olar və ya elektron, kağız jurnalı ləğv etmək olar".
Ekspert çıxış yolunu məktəb saylarının artırılmasında gördüyünü bildirib. Onun sözlərinə görə, müəllimlərin vakansiya sayının artırılması üçün belə şeylər düşünmək və ya etmək mənasızdır.
"Problemi aradan qaldırmaq üçün ilk növbədə ümumtəhsil müəsisələrinin sayını artırılmalıdır. Qanunla bir sinifdə maksimum 25 şagird olduğu halda, bizələrində 30-40, hətta 50 nəfər uşaq var. Vakant yerləri həqiqətən də problem kimi önə çıxarmaq istəyiriksə dediyim problemləri aradan qaldırmaqla 20 minə yaxın yeni iş yeri açıla bilər. Amma təəssüf ki, kiminsə kiməsə gücü çatmır, kimsə dərəbəylik edir bu da belə cəfəngiyyat fikirləri səsləndirməyə gətirib çıxarır".
İşsizlik probleminə gəlincə isə...
Elçin Əfəndi işsizlərin önəmli problemi olan vakansiya çatışmazlığından da danışıb.
"İşsizlik problemini aradan qaldırmaq üçün müasir innovasiya ilə ayaqlaşmayan, informasiya texnologiyalarından anlayışı olmayan şəxslər ələnməli, onların yerinə yeni işçilər götürülməlidir. İkincisi isə tanış və tapşırıqla işə düzələnləri aradan qaldırıb yerlərinə həqiqətən də işin sahibini qoysalar indi vakansiya 9 min nəfər üçün deyil, 15-16 minə yaxın olardı".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2003 Tarix: 30 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021