AMEA-nın arxivi talanır - Həyəcan

AMEA-nın arxivi talanır - HəyəcanAMEA-nın nadir arxivinin talanması ilə bağlı məlumat yayılıb.

Sonxeber.az Yenipress.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq mətbuat katibi, tanınmış jurnalist Araz Qurbanov məlumat yayıb.

O, olduqca maraqlı bir tarixi xatırladıb:

"1996-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının fondundan nadir kitabların oğurlanması və ölkədən çıxarılması cəhdinin qarşısı alınmışdı. Müəyyən edilmişdi ki, Ukrayna vətəndaşı, etnik Krım tatarı olan "alim" Bakıya gələrək, Akademiyanın kitabxanasında "elmi araşdırmalar" aparmağa başlamışdır. Kitabxana işçilərinin etibarını qazandıqdan sonra onların məsuliyyətsizliyindən yararlanaraq, burada saxlanılan XVIII-XIX əsrlərə aid xeyli sayda unikal (bəzilərinin yalnız Bakı nüsxəsi qalmışdır) kitabın fonddan çıxarılmasına nail olmuşdur. Oğru ifşa edilmiş, yaşadığı mənzildən həmin nadir kitablar götürülmüşdü. "Alim" bu cinayəti Ukraynadakı erməni iş adamının sifarişi ilə pul müqabilində törətdiyini etiraf etmişdi. Qeyd edim ki, həmin kitablar Şimali və Cənubi Qafqazda, Rusiyanın cənubunda, Ukraynada yaşayan türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin qədim tarixinə, etnogenezinə, etnoqrafiyasına aid idi. Məsələn, karalar (karaylar, karaimlər) haqqında olan kitabda (XIX əsr) bir fikir indiki kimi yadımdadır: "Karaimlərin dili, folkloru, adətləri ən çox Azərbaycan tatarlarının (türklərinin) dili və mədəniyyətinə yaxındır…"

A.Qurbanov bu hadisəni xatırlatmağının səbəbini açıqlayıb. Bildirib ki, erməni yalanlarının ifşası, Azərbaycan tarixinin obyektiv öyrənilməsi üçün tutarlı faktları, sənədləri, kitabları az qala gündüz çıraqla axtarırıq:

"Tədqiqatçılar yaxşı bilir: kitabxanalarda, arxivlərdə bir çox əsərin, sənədin adları, inventar nömrəsi olduğu halda, özü artıq yoxdur. Bəzən isə həmin əsərin Bakı nüsxələrinin səsi başqa ölkələrdən çıxır. Görünür, hələ də irsimizə lazım olan qədər sahib çıxa bilmirik…"

Onun sözlərinə görə, AMEA-nın ləğv ediləcəyi haqda söz-söhbət yayıldıqdan sonar arzuolunmaz bir proses başlayıb:

"Belə ki, Akademiyanın ləğv olunmasını ehtimal edən bəzi üzdəniraq alimlər sanki dövlətə ziyan vurmaq üçün nadir və qədim sənəd və kitabları, görkəmli elm xadimlərinə aid əlyazmaları, fotoşəkilləri, eksponatları gizli şəkildə AMEA-dan çıxarmağa, mənimsəməyə, mənzillərə daşımağa başlamışlar".

A.Qurbanov bunun qarşısını almağa çağırış edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1157   Tarix: 30 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021