Ermənistan Rusiya orbitindən uzaqlaşır?

Ermənistan Rusiya orbitindən uzaqlaşır?Amerika kəşfiyyatının Ermənistanda prioritet istiqaməti Rusiya ilə bağlı fəaliyyət ola bilər. Bəlkə də, buna görədir ki, Bernsin səfərindən üç gün sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvana səfər edib. Sözsüz ki...

Cənubi Qafqazda yaşananlar diqqəti yenidən bölgəyə çevirib. Söhbət ABŞ və Rusiya kəşfiyyat xidməti rəhbərlərinin İrəvana səfərləri, Ermənistan və Azərbaycan arasında ilk dəfə vasitəçilərsiz danışıqlar aparılması və s. məsələlərdən gedir. Bütün bu xəbərləri birləşdirən bir cəhət var - Cənubi Qafqaz yenidən Rusiya ilə Qərbin maraqlarının toqquşduğu və bir-birinə qarşı durduğu arenaya çevrilir.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

Ermənilərə tam aydın oldu ki...

Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə doğru istiqamət götürməsi məsələsi də rus mediasının diqqət mərkəzindədir. Ümumən rusiyayönümlü olmasına baxmayaraq, son iki ildə bu ölkədə Rusiyaya müsbət münasibət xeyli azalıb. Ermənilərə tam aydın oldu ki, Rusiyanın keçmişdə verdiyi təhlükəsizlik təminatları söz yığnağıdır və böyük ölçüdə İrəvanın Kremlin bütün hərəkətlərini dəstəkləmək istəyindən asılıdır. Son həftələr baş verən hadisələr həm də onu göstərir ki, ABŞ-ın Ermənistana münasibətində əsl dönüş yaranıb. Co Bayden İrəvandakı səfir postuna Ukraynadakı keçmiş müvəqqəti işlər vəkili Kristina Kuinnin namizədliyini irəli sürməyi planlaşdırır. Rusiya Xarici İşlər Nazirliyi bunu Ermənistandakı nüfuzuna meydan oxumaq kimi qəbul edib və isterik tona keçib. Digər əlamətdar məqam isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin İrəvana elan olunmamış səfəridir. Sözsüz ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Ermənistana səfəri və baş nazir Nikol Paşinyanla görüşü sıradan hadisə deyil. Səfər ən çox Kremli düşündürüb. Onun Tbilisi və Bakıya səfər etmədən yalnız İrəvana gəlməsi çoxlu suallar doğurub.

Ermənistana dəfələrlə xəbərdarlıq edilib

İqtidaryönlü Ermənistan KİV-ləri, görünür, səfərin məxfiliyinin vacibliyini dərk edərək görüşün məzmunu ilə bağlı heç bir eyham vurmadan quru xəbərlərlə kifayətləniblər. Müxalifət ehtiyat edirdi ki, Vaşinqton "Qarabağ klanı"nın liderləri və onlara rəğbət bəsləyən oliqarxların xaricdəki sərvətləri barədə məlumatları "sızdıracaq". Lakin reallıqda müxalifətin aksiyaları Ağ Evin heç vecinə də deyil. Vaşinqton hazırkı Ermənistan rejiminin təhlükəsizliyindən və loyallığından narahat deyil. Belə bir fikir var ki, bu səfər Rusiya-Qərb gərginliyi, eyni zamanda, İranla bağlı məsələlərlə əlaqədardır. Bəlli olduğu kimi, rəsmi və qeyri-rəsmi olaraq ABŞ tərəfindən Ermənistana İranla bağlı dəfələrlə xəbərdarlıq edilib. O cümlədən Rusiyanın sanksiyalardan yayınması üçün Ermənistandan istifadə etməsi də faktdır və bu, İrəvana baha başa gələr bilər.

ABŞ bölgədə yeni müharibəyə qarşıdır?

Belə bir fikir də var ki, MKİ şefinin səfərinin əsas missiyası bölgədəki mümkün müharibə təhlükəsini aradan qaldırmaqdır.

Məsələ burasındadır ki, Ermənistanda savaşın qarşısını ala biləcək yeganə şəxs Paşinyandır. O, bu gün daha çox Azərbaycanla sülh anlaşmasını imzalamağa, Türkiyə ilə münasibətləri bərpa etməyə çalışır. Lakin Ermənistanda hakimiyyət Paşinyanla məhdudlaşmır. Rəsmilərin, xüsusən də hərbçilərin əksəriyyəti Rusiyaya bağlı şəxslərdir. Eyni zamanda Amerika kəşfiyyatının Ermənistanda prioritet istiqaməti Rusiya ilə bağlı fəaliyyət ola bilər. Bəlkə də, buna görədir ki, Bernsin səfərindən üç gün sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvana səfər edib. Sözsüz ki, Narışkinin MKİ rəhbərinin bu səfəri ilə birbaşa əlaqəsi var. Çünki Rusiya Ermənistandan sanksiyalardan yayınma vasitəsi kimi istifadə edirsə, deməli, ABŞ-ın buna əks tədbiri olmalıdır.

Və bu konteksdə ABŞ tərəfindən Ermənistana qarşı da müəyyən tədbirlərin görülməsi istisna edilmir. Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasəti fakültəsinin dosenti Aleksey Fenenko hesab edir ki, hansısa mərhələdə Amerikanın rəsmi və qeyri-rəsmi diplomatiyası daha da irəli gedərək Ermənistanın KTMT-yə üzvlüyünü hədəfə ala bilər: "Bundan əlavə, Ağ Ev Ermənistan rəhbərliyinə Azərbaycanla davam edən mübahisələrin həllinin qərbyönlü formatını (ABŞ və Aİ-nin iştirakı ilə) təklif edə bilər. Amma bütün bu ssenarilər Rusiyanın Cənubi Qafqazda qətiyyətli cavab tələb edən açıq çağırışla üz-üzə qalması anlamına gələcək".

Ermənistan seçimini edib?

"Bernsin Ermənistana tarixdə ilk səfəri Moskvanı hərəkətə keçməyə məcbur etdi. Çünki bu səfər İrəvanın hansı kursu seçdiyini bəlli edirdi. Bu kurs Qərb istiqamətidir. Bunu Kremldə anlayan kimi Sergey Narışkini təcili İrəvana yolladılar". Bunu tanınmış erməni siyasi şərhçi Tevos Arşakyan deyib. "İrəvan seçimini etdi. Hazırda Ermənistanı ciddi dəyişikliklər gözləyir. Hələ heç kim bilmir bu, nə ilə bitəcək. Amma dəqiq bilinən bir şey var - Ermənistan seçimini etdi, Rusiya "ofsayd"da qaldı. Bernsin otuz ildən artıq diplomatik iş təcrübəsi, o cümlədən ABŞ-ın Rusiyadakı səfiri kimi fəaliyyət göstərməsi, ona Ermənistanı Moskvanın qucağından qoparmağa kömək etməlidir. Deməli, Qərb ruslarla qarşıdurmada Ermənistanın vacibliyini yaxşı anlayır. Bu, Qərbin bizə marağından xəbər verir. Ruslar isə qısqanırlar. Hətta çox narahat olurlar, çünki başa düşürlər ki, Ermənistanı itirə bilərlər. Amma bunu da fakt kimi qeyd etmək olar ki, Rusiya artıq Ermənistanı itirib. Putin bunu hələ başa düşməyib. Amma bunu Rusiya xüsusi xidmət orqanları, xüsusilə də Narışkin çox gözəl başa düşür", - deyə o qeyd edib.

Son olaraq qeyd edək ki, Ermənistan həm də ABŞ-ın xüsusi təyinatlı hərbçilərinin diplomat çətiri altında möhkəmlənib İrana qarşı da fəaliyyət göstərdiyi ölkədir. Bu səbəbdən də MKİ direktorunun Cənubi Qafqaza səfərinin hansı dəyişiklərə səbəb olacağını zaman göstərəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1287   Tarix: 31 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç

19 oktyabr
.

Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram

Böyük Britaniya və Şimali İrlandiyanın Bakıdakı səfiri Dunkan Norman Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, səfir təbriki "X" sosial şəbəkə hesabında paylaşıb. "Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasını

18 oktyabr
.

Fransa iğtişaşlarda dağıdılmış mağazaların sayını hesablayır

Fransa Ticarət və Sənaye Palatasının prezidenti Alen Di Kresenzo RTL radiosuna bildirib ki, həftəsonu Fransada baş verən iğtişaşlar zamanı 200-dən çox mağaza talan edilib və ya vandalizm hücumuna məruz qalıb. xəbər verir ki, TV5 Monde-nin Fransanın Baş naziri Sebastyan Le Kornelə istinadən verdiyi məlumat

19 oktyabr
.

Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar

Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk

18 oktyabr
.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18 oktyabr
.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18 oktyabr
.

Netanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin

19 oktyabr
.

Ukrayna BVF-yə ikinci ən böyük borclu ölkəyə çevrilib

Ukrayna Beynəlxalq Valyuta Fondunun (BVF) dünyanın ən böyük borcluları siyahısında ikinci yerdədir. xəbər verir ki, BVF-nin məlumatına görə, 2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkənin Fonda 14,5 milyard dollar borcu var idi. Ukraynanın ümumi borc məbləği 10,69 milyard Xüsusi Borclanm

20 oktyabr
.

Milanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib

İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri

20 oktyabr