Ağamirzə: "Mənim üçün İmam Hüseyn atamdan, anamdan, nəslimdən artıqdır"
"Dədə-babadan görmüşük ki, Məhərrəmlik gələndə iki ay insanlar yas saxlayıb. İndi də bunu davam etdirməlidirlər".
Bu sözləri "Yeni Sabah"a meyxanaçı Ağamirzə Məhərrəm ayı haqda danışarkən deyib.
O bildirib ki, bu iki ayda şadlıq məclisləri keçirənlərə pis baxmır, amma məsləhət də görmür:
"Məhərrəm ayında Bakı kəndlərinin camaatı demək olar ki, şənlik keçirmir. Qonaq qismində harasa gedib Allah buyurduğundan söhbətləşmək olar. Məni bir-iki yerə dəvət ediblər, amma getməmişəm. Dədə-babadan görmüşük ki, bu iki ayda insanlar yas saxlayıb. İndi də bunu davam etdirməlidirlər. Onlar gərək əza saxlayıb namaz qılsınlar. Məni Məhərrəm ayında şadlıqlara dəvət edən şəxslərə qarşı münasibətim dəyişməyib. Arada da heç bir inciklik olmayıb. Məni toy-büsat məsclislərinə dəvət edəndə də imkan qədər bu ayda belə şeylərin olmamalı olduğunu diqqətə çatdırmışam. İnsanlar müxtəlifdir. Hər bir şəxsin öz fikri var. Bu ayda şənlik məclisləri keçirənlərə pis baxmır, amma məsələhət də görmürəm. Çünki peyğəmbərimizin nəvəsinin şəhid olduğu aydır. Bundan başqa da, mən eşitdiyimə görə, hətta imamız şəhid olmamışdan əvvəl də Məhərrəm ayında şənlik etməyiblər. Mən məsləhət görərdim ki, bu iki ayda insanlar səbr eləsinlər. Doğmamız öləndə necə pis oluruqsa, bu ayda da elə olmalıyıq. Mənim üçün İmam Hüseyn atamdan, anamdan, nəslimdən də artıqdır. Özümdən isə milyard dəfə öndədir. Kim bu ayda əza saxlasa, imam Hüseyn borclu qalmaz,. Allah əvəzini verər"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı