Məşhur mağaza şəbəkəsinin filial müdirinin ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA - YENİLƏNİB
"Şəxs indi ölməyib, hadisə iyulun 24-də baş verib".
Bunu Oxu.Az-a açıqlamasında Baş Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.
O, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparıldığını diqqətə çatdırıb:
"Yasamal rayonu, Hüseyn Cavid prospekti 85 ünvanında yerləşən "Kiğılı" geyim mağazasının əməkdaşı olduğu dəqiqdir. Anbar otağında tapılıb, hazırda ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın nəticəsi isə 20 günə müəyyənləşəcək".
10:08
"Ölən şəxs bizim filial müdiri deyil, yalan məlumatdır".
Bunu Oxu.Az-a "Kiğılı" geyim mağazasından bildiriblər.
"Binada belə hadisə baş verib və burada bir neçə mağaza var. Yəni hadisənin "Kiğılı" ilə əlaqəsi yoxdur. Şəxsin isə hansı müəssisədə işlədiyini bilmirik", - deyə məlumatda qeyd olunub.
09:08
Bakıda məşhur mağaza şəbəkəsinin filial müdiri anbarda ölü tapılıb.
APA xəbər verir ki, hadisə Yasamal rayon ərazisində yerləşən "Kiğılı" geyim mağazasında qeydə alınıb.
Mağazalar şəbəkəsinin "Elmlər" filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2785 Tarix: 03 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr