"20 ildir pensiya alırdım, 6 aydır kəsilib..." - RƏSMİ AÇIQLAMA
"Birinci Qarabağ müharibəsində döyüşmüşəm və 1992-ci ildə ağır yaralanmışam. Güllə belimdən girib, sinəmdən çıxıb, qarnım yırtıq-yırtıqdır. 1999-cu ildən ikinci qrup əlil kimi pensiya alırdım. 6 aydan çoxdur ki, heç bir əsaslı səbəb göstərmədən pensiyamı kəsiblər".
Sonxeber.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Masallı rayonunun Təzə Alvadı kəndindən olan Birinci Qarabağ müharibəsi əlili Hikmət Allahverdiyev müraciət edib.
O bildirib ki, müharibədə aldığı güllə yarasına görə əmək qabiliyyətini itirib. Üç övladını 20 ildən çoxdur ki, əlil kimi aldığı pensiya ilə dolandırıb: "Mən müharibə əliliyəm, əvvəllər Prezident təqaüdü ilə birlikdə 600 manata yaxın pensiya alırdım. 6 aydan çoxdur ki, pensiyamı kəsiblər. İyun ayının 8-i komissiyadan keçsəm də, iyulda mənə "imtina" cavabı gəlib. Bəs bu neçə ildə hökumət mənə pensiyanı boş yerə verib? Bəs mən bu vəziyyətdə nə edim? İndi ac-susuz evimdə oturmuşam. Çox pis gündə yaşayıram, balalarım acdır. Qardaşım 3-5 manat köməklik edir, onun ümidinə yaşayıram..."
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilib. Agentliyin məktbuat katibi Tural Qurbanov sorğuya cavab olaraq bildirilib ki, Allahverdiyev Hikmət Ağaverdi oğlu əlilliyinin qiymətləndirilməsi məqsədilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib: "H.Allahverdiyevin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyə əsas verən əlamətlərin olmadığı müəyyən edilib. Bu baxımdan, qanunvericiliyə uyğun olaraq ona imtina qərarı verilib".

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı