Siyam əkizlərini virtual reallıq ayırdı
Braziliyanın Rio-de-Janeyro şəhərində britaniyalı həkimlərin köməyi ilə ilə üç yaşlı siyam əkizləri Bernardo və Artur Lima əməliyyat olunub.
Sonxeber.az xəbər verir ki, braziliyalı həkimlər Londondakı Great Ormond Street xəstəxanasının həkimlərinin göstərişi ilə hərəkət ediblər. Aylardır Virtual Reallıq proyeksiyalarından istifadə edərək texnikaları sınayan braziliyalı və britaniyalı cərrahlar əkizləri ayırmağa müvəffəq olublar. Əməliyyat xərclərini qarşılayan "Gemini Untwined" qeyri-hökumət təşkilatının təsisçisi Nur Ul Oveys Cilani bildirib ki, ilk dəfə olaraq iki fərqli ölkədən cərrahlar eyni virtual reallıq otağında birlikdə çalışıblar və əməliyyat keçiriblər. əməliyyat. Cilani bunu "Kosmos əsri işi" adlandırıb.
İndiyədək 7 dəfə əməliyyat olunan əkizlərin son əməliyyatı düz 27 saat çəkib. 100 nəfərlik komandanın çalışdığı əməliyyata özü girən Cilani deyib:
"Mükəmməldir. Uşaqları riskə atmadan anatomiyanı görmək və cərrahiyyə əməliyyatı etmək çox gözəldir. Bunun cərrahlar üçün nə qədər rahat olduğunu düşünün. Bu əməliyyatlar günümüzün ən çətin əməliyyatları sırasındadır. Virtual reallıqdan istifadə etmək həqiqətən də insanları Marsa göndərmək kimidir".
Əməliyyatdan bir neçə gün sonra bir araya gətirilən və əl-ələ tutan əkizlər 6 aylıq reabilitasiya dövrü keçəcək.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Prezident onları təltif etdi - Siyahı
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Alyona Əliyeva konsertdə - Fotolar
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı