Pensiya yaşını keçmiş rayon rəhbərləri: 75-ni tamamlayan icra başçıları var - SİYAHI
2018-ci ildə keçirilən prezident seçkisindən sonra hakimiyyətin başlatdığı kadr dəyişiklikləri ilk olaraq pensiya yaşı çatmış məmurların karyerasına son qoydu. Baş nazirlərin müavinləri Hacıbala Abutalıbov, Əli Həsənov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefası ilə başlayan proses daha sonra, demək olar ki, bütövlükdə hakimiyyət komandasını əhatə etdi.
Həmin dövrdə pensiya yaşına çatmış icra başçılarından da bəziləri işdən çıxarıldılar. Lakin pensiya yaşının çoxdan ötməsinə baxmayaraq hələ də vəzifədə olan icra başçıları var və onların sayı az deyil.
Sonxeber.az Qaynarinfo-ya istinadla həmin icra başçılarının siyahısını təqdim edir:
Samux rayonunun icra başçısı Alı Qocayev - 1947-ci ildə anadan olub, 75 yaş.
Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə - 1947-ci ildə anadan olub, 75 yaş.
Şuşa şəhərinin icra başçısı Bayram Səfərov - 1951-ci ildə anadan olub, 71 yaş.
Qobustan rayonunun icra başçısı Adil Məmmədov - 1952-ci ildə anadan olub, 70 yaş.
Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov - 1953-cü ildə anadan olub, 69 yaş.
Qubadlı rayonunun icra başçısı Malik İsaqov - 1953-cü ildə anadan olub, 69 yaş.
Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov - 1954-cü ildə anadan olub, 68 yaş.
Siyəzən rayonunun icra başçısı Novruz Novruzov - 1954-cü ildə anadan olub, 68 yaş.
Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov - 1954-cü ildə anadan olub, 68 yaş.
Füzuli rayonunun icra başçısı Alı Alıyev - 1955-ci ildə anadan olub, 67 yaş.
Zərdab rayonunun icra başçısı Mərdan Camalov -1956-cı ildə anadan olub, 66 yaşı var.
Bakı şəhərinin icra başçısı Eldar Əzizov - 1957-ci ildə anadan olub, 65 yaş.
Xocalı rayonunun icra başçısı Şahmar Usubov - 1953-ci ildə anadan olub, 69 yaş.
Xatırladaq ki, Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınlarınkı isə 63-dür.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı