Hitlerin Polşada gizlətdirdiyi xəzinə yerin altından çıxarılacaq - FOTO
Polşada bir qrup xəzinə axtaran köhnə Polşa sarayının ərazisində metal konteyner tapıb. Bu konteynerin İkinci Dünya müharibəsi zamanı nasistlərin gizlətdiyi zinət əşyaları və qızıl ola biləcəyi ehtimal olunur. Xəzinə axtaranlara bu tapıntını yeraltından çıxarmağa icazə verilib və qazıntının tarixi dəqiqləşdirilib. Bu barədə "Daily Mail" yazıb.
"Tarixi xatırlayın - 1 sentyabr! Böyük bir gün üçün böyük tarix! İş gedir, biz bunu mümkün qədər tez etmək istərdik, səbirsizliyinizi başa düşürük və əlimizdən gələni edirik!", - deyə "Sileziya Körpüsü" Fondunun rəhbəri, xəzinə ovçusu Roman Furmanyak bildirib.
May ayında məlum olub ki, söhbət uzunluğu 1,2-1,5 metr, diametri təxminən 50 santimetr olan kanistrdən gedir. İddia edilən SS zabiti Eqon Ollenhauerin gündəliyində yazılanlara görə, Böyük Vətən müharibəsində Sovet qoşunlarının hücumu başladıqdan sonra Üçüncü Reyxin füreri Adolf Hitler SS-ə xəzinələri gizlətməyi əmr edib. Belə ki, o, 260 yük maşını həcmində xəzinəni müasir Polşa ərazisində 11 yerdə gizlətməyi əmr edib. Bu sərvətlərin bir hissəsinin talanlar sayəsində əldə edildiyi, bəzi qiymətli əşyaların da yerli aristokratlar tərəfindən saxlanmaq üçün verildiyi qeyd edilir./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1145 Tarix: 03 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb. "Haber Global" telekanalına istinadən xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. İstanbulda Bakırkö
18 oktyabrKim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o
20 oktyabrAli Radanın deputatı Zelenskinin varisini açıqladı
"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq
18 oktyabrTürkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb
Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. xəbər verir ki, Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. İstanbulda palçıq sürüşməsində
20 oktyabr