Azərbaycan Kinosu Günündə regionlarda milli kino nümayişləri keçirilib
2 avqust - Azərbaycan Kinosu Günündə "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə regionlarda milli kinoların nümayişi keçirilib.
Quba, Xaçmaz, Salyan, Beyləqan, Göygöl, Şəmkir, Lənkəran, Şamaxı və Mingəçevir şəhərlərində açıq havada nümayiş etdirilən filmlərə yerli sakinlər və könüllülər tamaşa edib. İzləyicilərə 124 illik zəngin keçmişə malik Azərbaycan kino sənətinin yeni istehsalı olan "Soyuq günəş", "Dolu", "Son iclas", "Bir günəş altında" və "Əbədi ezamiyyət" filmləri təqdim edilib.
Layihənin məqsədi xalqımızın mədəni-mənəvi həyatında mühüm rola malik, özünəməxsus inkişaf yolu keçmiş milli kino sənətinin gənclər arasında təbliği, yeni istehsal edilən Azərbaycan filmlərinin tanıdılması, eyni zamanda region sakinlərinin asudə vaxtlarının və mədəni istirahətlərinin səmərəli təşkilinə dəstək verilməsidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 636 Tarix: 03 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr