Mingəçevirdə hamilə qadın döyüldü - DİN-dən AÇIQLAMA
Mingəçevirdə qadın sevgilisi tərəfindən döyülüb.
Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Nəriman Nərimanov küçəsində baş verib.
Belə ki, Yevlax sakini, 1992-ci il təvəllüdlü Rəqsanə İsmayılova ilə qeyri-rəsmi münasibətdə olan Ağdam sakini, 2000-ci il təvəllüdlü C.Mustafayev arasında qısqanclıq zəminində kirayədə yaşadığı evdə mübahisə yaşanıb. Mübahisə zəminində C.Mustafayev qadını döyüb. Qadın xəstəxanaya müraciət edib.
İlkin məlumata görə, onun hamilə olduğu deyilir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət olunub:
"Hazırda Təhqiqat Bölməsində məsələ ilə bağlı araşdırma aparılır. Qadının döyülərək küçəyə atılması barədə yayılan məlumatlar əsassızdır".
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, 04.08.2022-ci il tarixində saat 08:30 radələrində təcili tibbi yardım maşını vasitəsilə 1992-ci il təvəllüdlü qadın gətirilib:
"Qadın bədəninin müxtəlif növ nahiyələrinin qapalı travması diaqnozu ilə xəstəxananın Təcili Tibbi Yardım Bölməsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib. Rentgen və ultrasəs müayinələrdən (USM) keçirilib. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1350 Tarix: 04 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr