Yerin fırlanması qəflətən sürətləndi: Saat əqrəbində dəyişiklik edilə bilər - FOTO
İyunun 29-da Yer gözlənilmədən öz oxu ətrafında 24 saatdan 1,59 millisaniyə tez fırlanıb. Bu, atom saatlarının 1960-cı illərdə bu cür məlumatları böyük dəqiqliklə izləməyə başlamasından bəri onun ən sürətli dövrü olub.
Son illərdə Yerin fırlanması tədricən sürətlənir, lakin bunun niyə baş verdiyini heç kim bilmir. Onilliklər ərzində belə bir şeyin baş verməməsinə baxmayaraq, 2020-ci ildən bəri planet artıq fırlanmada sürət rekordunu bir neçə dəfə qırıb.
Tasmaniya Universitetinin professoru, planetimizin fəaliyyətini müşahidə edən mütəxəssis Mett Kinqin sözlərinə görə, bu, həqiqətən də, qəribə bir hadisədir.
"Aydındır ki, nəsə dəyişib və bu, 1970-ci illərdə dəqiq radio astronomiyasının meydana çıxmasından bəri özünü göstərməyən bir formada baş verib", - deyə o bildirib.
Qeyd edilir ki, günlər qısalmağa davam edərsə, alimlər atom saatından bir saniyə çıxarmalı olacaqlar. Bu, əqrəblərin tarixdə ilk mənfi korreksiyası olacaq.
1972-ci ildən bəri elm dünyası sıçrayış saniyəsinin əlavə edilməsi təcrübəsini qəbul edir. Bu Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated - UTC) şkalasını orta Günəş vaxtı UT1 ilə uyğunlaşdırmaq üçün əlavə edilir. İndiyə qədər saniyələr əlavə edilib və heç vaxt çıxarılmayıb.
Eyni zamanda, elm adamlarının hesablamalarına görə, Yerin Ay ilə qarşılıqlı təsirindəki dəyişiklik səbəbindən 6,7 milyon ildən sonra planetimizdə bir gün bir dəqiqə uzanacaq./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2152 Tarix: 04 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu
Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç
19 oktyabrBBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb
BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ
19 oktyabrİqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu
Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları
19 oktyabrİranın yeni müdafiə naziri məlum oldu
İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib. bu barədə "Press TV" telekanalına istinadən xəbər verir. Xatırladaq ki, oktyabrın 5-də Əxlaqi müdafiə naziri postuna namizəd göstərilmişdi. Qeyd edək ki, martın 2-dən etibarən müdafiə naziri vəzifəsini
18 oktyabr"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını
18 oktyabrAli Radanın deputatı Zelenskinin varisini açıqladı
"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq
18 oktyabrBu şəhərlərdə gecələr küçəyə çıxmaq yasaqlandı
Fransanı bürüyən kütləvi etirazlar və şiddətli toqquşmalar fonunda hökumət radikal addımlar atmağa başlayıb. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 19-dan etibarən ölkənin şimalında yerləşən Lil şəhərində, eləcə də, ətraf, Vattinyi və Dönen şəhərlərində iki gecəlik komendant saatı elan olunub
20 oktyabr