Üçüncü dünya müharibəsinin astanasında: "İş nüvə silahına qədər gedib çıxar" – Sinan Oğan
Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi yaşanır, digər tərəfdə Serbiya-Kosovo və ABŞ-Çin arasında gərginlik hökm sürür. İqtisadi böhranın yaşandığı vaxtda üçüncü dünya müharibəsi alovlana bilər?
"Üçüncü dünya müharibəsi olmayacaq, çünki böyük güclər heç vaxt birbaşa özləri müharibə etmirlər. Həmişə özlərinə yaxın terrorçu qrupları və ya kiçik dövlətləri müharibəyə sövq edirlər".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Türkiyənin sabiq millət vəkili, siyasətçi Sinan Oğan deyib. O, Rusiya-Ukrayna, Serbiya-Kosovo, ABŞ-Çin gərginliyinin lokal olaraq qalacağını bildirib:
"Rusiya-Ukrayna gərginliyi artıq müharibəyə çevrilib. Serbiya və Kosovo arasındakı gərginlik də məlumdur. Hər nə qədər müharibəyə çevrilməmiş olsa da, münasibətlərdə belə bir potensial var. Çünki Serbiyanın Kosovonun müstəqilliyini tanımaq istəməməsi, onun öz tərkib hissəsi olduğunu iddia etməsi bir münaqişə riski daşıyır. Digər tərəfdən isə bir neçə gündür, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri müzakirə edilir. Əslində, bu xüsusi bir səfər deyil, Uzaq Şərq ziyarəti çərçivəsində həyata keçirilib. Özü də Ağ Evlə razılaşdırılaraq gerçəkləşmədiyi iddia edilir. Çünki orada hökumətlə Konqres fərqli səlahiyyətlərə malikdir və heç kim bir-birinin işinə qarışmır. Bütün bu proseslər bir araya gəldikdə təbii olaraq, "üçüncü dünya müharibəsi riski varmı?" sualı ortaya çıxır ki, əvvəldə də qeyd etdiyim kimi, belə bir ehtimal yoxdur".
Həmsöhbətimiz Çin siyasətini düzgün analiz etməli olduğumuzu söyləyib:
"Çin uzaqgörən siyasət həyata keçirir, Rusiya kimi qəfil reaksiya verib müharibəyə başlaması gözlənilən deyil. Çin ancaq özü üçün əlverişli şərait yarandıqda lazımi cavabı verən ölkədir. Ona görə onun təlimlər aparması, güc göstərişi etməsi bu işi savaşa aparacağı mənasına gəlmir. Lakin bundan sonra Çinin Tayvan üzərində təzyiqləri artacaq. Proseslərə belə yanaşmamın səbəbi odur ki, ABŞ-Çin müharibəsi üçüncü dünya müharibəsi demək olar və onun da qalibi olmaz. Çünki böyük dövlətlərin müharibəsi də böyük olar. İş nüvə silahlarına qədər gedib çıxar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezident onları təltif etdi - Siyahı
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Alyona Əliyeva konsertdə - Fotolar