Norveçin ədliyyə nazirinin bu şəkli ölkəni iki yerə böldü
Norveçin ədliyyə naziri Emili Enger Mehlin tətil şəkli gündəm olub. İtaliyada istirahətdə çəkilən foto və videoları İnstaqram sosial şəbəkəsində paylaşan Mehl ölkəni iki yerə bölüb.
Fotolardan birində Mehl Aralıq dənizində çimərlik geyimi ilə sörf taxtasında gəzərkən görünür. Lakin nazirin çox sayda bəyənmə toplayan fotosuna müxalifət sərt reaksiya verib. Müxalifət Mehlin sörf taxtasından xilasetmə jileti olmadan istifadə etdiyini əsas gətirərək bunun qanuna zidd olduğunu bildirib.
Sonxeber.az xəbər verir ki, nazir Norveç mediası Dagbladet-ə açıqlamasında heç bir qanunun pozulmadığını, fotonun İtaliyada çəkildiyini bildirib:
"Bu fotolar İtaliyada tətildə dostlarımla çimərkən və əylənərkən çəkilib. Mən həmişə yerli qaydalara və qadağalara əməl etmişəm. Hər kəsə xoş və təhlükəsiz yay arzulayıram".
Norveç kabinetinin üzvləri də Mehli dəstəkləyiblər.
Qeyd edək ki , Norveçdə qanuna əsasən, sahilə yaxın olan sörfinq istifadəçilərinin xilasedici jilet geyinməsi tələb olunmur. Norveç səlahiyyətliləri təhlükəsizlik baxımından xilasedici jilet taxmağı tövsiyə edir.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1739 Tarix: 04 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yəməndə raket hücumu: azı 20 hərbiçi öldürülüb
Yəmənin cənubundakı Şəbva vilayətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə ballistik raketlərlə hücum edilib. Nəticədə azı 20 hərbiçi həlak olub, 20-dən çox hərbiçi yaralanıb. Associated Press-ə istinadən xəbər verir ki, hücum oktyabrın 19-da Əl-Ələm hərbi düşərgəsinə qarşı həyata keçirilib. Yəmə
19 oktyabrMarko Rubio Özbəkistana səfərə gedib
ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə
19 oktyabrMilanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib
İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri
20 oktyabrKim Çen Inın bacısından sərt bəyanat: Cənubi Koreyaya xəbərdarlıq
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanı sərhəddəki hərəkətlərinə görə tənqid edib. O, iki ölkə arasındakı sərhəd bölgəsində yaranmış vəziyyəti ciddi adlandıraraq Seula xəbərdarlıq edib. The Mirror-a istinadən xəbər verir ki, Kim Yo Conqun sözlərinə görə, Cənubi Koreya hərbçilər
20 oktyabrBu ölkədə bir milyondan çox qadının adı eynidir
Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır
18 oktyabrParisdə etirazçılar Luvrun girişini bağlayıblar
Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin
19 oktyabr