Dağ çaylarından qısamüddətli sel keçə bilər - XƏBƏRDARLIQ
"Böyük və Kiçik Qafqazın dağ çaylarından qısamüddətli sel keçə bilər".
Bunu APA-ya açıqlamasında ETSN-in Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
O bildirib ki, bu hal avqust ayı üçün xarakterikdir: "Bu ayda əsasən daşqın yox, sel hadisəsi müşahidə edilir. Böyük Qafqazda Balakən-Şəki, Quba- Xaçmaz ərazisindən axan çaylarda və Kiçik Qafqazın Daşkəsən-Gədəbəy, Tovuz rayonunun ərazisindən axan bəzi çaylardan sel keçmə ehtimalı var. Ümumilikdə həmin çaylarda qısamüddətli sel gözlənilir ki, bunun da dağıdıcı olmayacağı ehtimal edilir. Adətən çayın hövzəsinə leysan yağanda belə sel hadisəsi 40 dəqiqə civarında davam edir".
Ötən ilin avqustu ilə müqayisə aparan direktorun sözlərinə görə, 2021-ci ilin avqust ayında cəmi bir sel hadisəsi müşahidə edilib. Həmin hadisə Böyük Qafqazın ərazisindən axan Əyriçayda qeydə alınıb.
Kürün səviyyəsinin yüksəlməsi ilə bağlı Asif Verdiyev qeyd edib ki, adətən avqust və sentyabr ayları Kürdə suyun ən aşağı səviyyədə olduğu aylardır. Buna görə də Kürün səviyyəsinin narahatedici miqdarda artması gözlənilmir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1508 Tarix: 04 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr