Azərbaycanlı repçinin vəfat edən jurnalist atası ilə bağlı PAYLAŞIMI TƏSİRLƏNDİRDİ - FOTO
Azərbaycanlı repçi AiD (Orxan Zeynallı) sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında vəfat edən atası, tanınmış jurnalist Araz Zeynalovla bağlı post paylaşıb.
Orxan atası ilə illər əvvəl lentə alınan şəklini paylaşaraq onunla bağlı xatirələrindən yazıb:
"Prospektin yazılmamış bir nömrəli qanunu "Kişi kimi yaşayıb, kişi kimi ölmək"dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz. İntellektual, geyimi-kecimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət... Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.
Dünən atam öz sevimli prospektində dünyasını dəyişdi. Son aylar yataqdan qalxmasa belə, bahalı ətirindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlıqları alınar…
Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, papa".
Orxanın bu paylaşımı sosial şəbəkə istifadəçilərini çox təsirləndirib. Onlar Araz Zeynalova Allahdan rəhmət diləyiblər.
Xatırladaq ki, tanınmış jurnalist Araz Zeynalov ürəktutmadan dünyasını dəyişib. Mərhum ötən gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı