DYP sürücülərə xəbərdarlıq edilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə xəbərdarlıq edilib.
İdarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli BAKU.WS-ə bildirib ki, avqustun 1-dən etibarən Dövlət Yol Polisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində "Təmiz hava" aylığına start verib:
"Aksiyanın məqsədi atmosfer havasının çirklənməsinə nəzarət etmək və ətraf mühitinavtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Tədbir ətraf mühitin təmizliyinin, təhlükəsizliyinin qorunmasına və ekoloji əzarətin gücləndirilməsinə bilavasitə xidmət edir:
"Avtomobilin sayının çox olması havaya buraxılan zəhərli maddələrin miqdarının artmasına səbəb olur. Yoxlanma, nəzarət olması nə qədər avtomobil ətraf mühitin, insanların zəhərlənməsində başlıca rol oynamış olar. Bəzən sürücülər avtomobillərinin ətraf mühitə vuracağı ziyanı azaltmaq üçün hansı tədbirlər görməli olduqlarını bilmirlər. Yol polisi "Təmiz hava" aylığı çərçivəsində maarifləndirmə işləri aparmaqla sürücüləri nəqliyyat vasitələrini saz vəziyyətə gətirməyə təşviq edir".
"Bir daha sürücülərə xəbərdarlıq edərək bildiririk ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar", - DYP rəsmisi vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı