"Londondakı hadisəni törədən şəxslər Dəmir Yumruğumuzu başında hiss edəcək"-AÇIQLAMA

"Londondakı hadisəni törədən şəxslər Dəmir Yumruğumuzu başında hiss edəcək"-AÇIQLAMA4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.

Mövzu ilə bağlı Sonxeber.az saytına Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlama verib.

O bildirib ki, radikal bir dini qrupun Birləşmiş Krallıqdakı səfirliyimizin binasına zorakı yolla daxil olaraq, vandalizm aktı törətməsi, vandalların Azərbaycan bayrağına hörmətsizlik edib binanın eyvanında dini bayraqlar qaldıraraq radikal dini şüarlar səsləndirməsi hər şeydən öncə Beynəlxalq hüququn pozuntusudur.

"Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud, nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir". Əlbəttə, biz inanırıq ki, rəsmi London belə bir hadisənin yaşanmasını arzu etməzdi, lakin, 1961-ci il Konvensiyasına əsasən, heç şübhəsiz ki, baş verənlərə görə səfirliyin yerləşdiyi ölkə məsuliyyət daşıyır.

İkincisi, Beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinin xidməti sahəsinə hücum etmə Azərbaycan Cinayət Məcəlləsinin 102-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Azərbaycan Cinayət qanununun ölkə ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini müəyyən edən 12-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda Azərbaycan cinayət qanunu əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Yəni, Britaniya məhkəmələri bu əməli cinayət hesab edib, vandalları məhkum etməzsə, onları məhkum etmək bizim haqqımızdır.

Məsələnin siyasi tərəfinə gəlincə, məlumdur ki, Azərbaycan səfirliyinə hücuma görə məsuliyyəti Böyük Britaniyada yaşayan Küveytdən olan şəxslərin yaratdığı şiə təşkilatı - "Mehdi Qulluqçular Birliyi" öz üzərinə götürdü və heç şübhəsiz ki, baş verən hadisəni təsadüf hesab etmək olmaz.
Prezident İlham Əliyevin müasir mürəkkəb geosiyasi şəraitdə müstəqil, balanslı siyasəti, onun rəhbərliyi altında ölkənin artan nüfuzu və hərbi-siyasi qüdrəti kimləri narahat edir, aşağı -yuxarı bizə bəllidir. Xüsusən, indiki həssas dönəmdə "Qisas" əməliyyatı ilə yalnız ermənini yox, onun havadarlarını da yerində oturtmağımızı çoxları həzm edə bilmir. Bu çərçivədə, Azərbaycanın mövqeyinin zəiflədilməsinə, qonşularla münasibətlərin gərginləşdirilməsinə yönəli təxribat cəhdlərinin artıq şahidi olmaqdaydıq. Bildiyiniz kimi, "Qisas" əməliyyatından dərhal sonra İranın Azərbaycanla sərhəddə hərbi texnika yığması ilə bağlı sonradan feyk olduğu ortaya çıxan məlumatlar yayılmışdı. Heç şübhəsiz ki, bir gün sonra şiəliyi qabardaraq Londonda səfirliyimizə hücumun gerçəkləşdirilməsi, dünənki uğursuz cəhdin davamıdır və əlbəttə, burada əsas məqsəd Tehran-Bakı münasibətlərinin gərginləşdirilməsi ola bilər. Bu mənada, hesab edirəm ki, İran tərəfinin, ən azı İranın Azərbaycandakı səfriliyinin simasında Londonda "Mehdi Qulluqçular Birliyi" şiə hərəkatının Azərbaycan səfirliyinə hücumunu pisləyən bəyanatla çıxış etməsi qonşuluq münasibətlərimizin yeni səviyyəsinə yaraşan bir davranış olar. Eyni zamanda bu məsələdə bütövlükdə İslam dünyasının qəti mövqe nümayiş etdirməsi Qərb təfəkküründə bəzi hallarda eyniləşdirilən islam və radikalizm amillərinin əks qütblər olduğunu göstərmək üçün yaxşı bir imkan olar.

Məsələyə hüquqi qiymət verilməsinə gəlincə, hadisənin arxasında dayananlar, icraçısı ilə birlikdə, təşkilatçı, təhrikçi və köməkçi qismində prosesdə barmağı olan hər kəs bilsin ki, gözləmədiyi yerdə və gözləmədiyi anda Azərbaycanın Dəmir yumruğunu başında hiss edəcək. Hər kəs də əmin ola bilər ki, belə cılız aktlarla bölgənin yüksələn ulduzu olan Azərbaycanın inkişafının, güclənməsinin qarşısını almaq, bizi yolumuzdan döndərmək mümkün deyil".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2045   Tarix: 05 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan-İtaliya münasibətləri yalnız ikitərəfli deyil, Avropa miqyasında strateji əhəmiyyət daşıyır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri cənab Ciorcia Meloni arasında Bakıda keçirilmiş görüş Azərbaycan-İtaliya münasibətlərinin mahiyyətini, prioritet istiqamətlərini və regional kontekstdə əhəmiyyətini əhatə edən geniş və rəsmi xarakterl

5 may
.

Həmin uşağın valideynləri tapıldı

Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, azyaşlının valideynləri artıq tapılıb. Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfində

5 may
.

ll kurs tələbəsi futbol oynayarkən öldü

Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlu oyun zamanı epilepsiya tutması keçirib. İlkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, Sumqayı

5 may
.

Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ

Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protoko

4 may
.

Gələn ay 10 gün iş olmayacaq

İyun ayında 10 gün iş olmayacaq. Bizimmedia-ya istinadən xəbər verir ki, iyun ayında qeyri-iş günü hesab olunan 2 bayram qeyd olunacaq. Söhbət 15 iyun - Milli Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündən gedir. Bundan əlavə, iyun ayında səkkiz gün - 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun tarixlər

5 may
.

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 08:45-də baş verən, 3.7 maqnitudalı yeraltı təkanların episentri 19 km dərinlikdə olub

5 may
.

16 yaşına çatmayan qızı nişanlamaq istədilər - Atası həbs edildi

Şəkidə 16 yaşına çatmayan qızın valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu paylaşım edib. O bildirib ki, məsələ il

4 may
.

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi də yüksəkdir" - Orxan Məmmədov

"Azərbaycanın işğaldan azad edilmiş əraziləri böyük iqtisadi potensiala malikdir və aqrar sektorun inkişafı üçün yeni imkanlar açır". xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakı Eksp

5 may
.

Bakıda beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgiləri keçirilir

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") işə başlayıb. xəbər verir ki, mayın 8-nə qədər davam edəcək sərgilərdə 45 ölkədəm 447 şirkət iştirak edir. Sərgiləri

4 may