Yevlaxda qazilərlə görüş keçirildi - FOTOLAR

Yevlaxda qazilərlə görüş keçirildi - FOTOLARYevlax şəhərindəki "Kainat" istirahət mərkəzində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən Vətən Müharibəsi qaziləri ilə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı İlham Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov da iştirak ediblər.

Çay süfrəsi ətrafında keçirilən səmimi görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi Şanlı Zəfərdən, bu gün ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını diqqətə çatdıraraq deyib ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında" imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir.

Bu gün şəhid ailələri və qazilər həyatlarının hər bir anında Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etdiyini deyən İcra Hakimiyyətinin Başçısı Yevlaxda da bu kateqoriyadan olan insanlara diqqət və qayğı göstərildiyini, bundan sonra da daimi olaraq davam etdiriləcəyini qeyd etdi. Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu nəzərə çatdırdı.Həmçinin bildirdi ki, Vətən müharibəsi zamanı, tarixi zəfərin qazanılmasında Yevlaxdan olan hərbçilərimiz də cəsarətlə iştirak edib, yüksək iradə, döyüş əzmi göstəriblər. Vurğulayıb ki, Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır.

Milli Məclisin deputatı İlham Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov çıxışlarında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqlarından söhbət açaraq müharibə əlillərinə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən danışıblar.
Qazilərdən Telman Mehtiyev, Elşad Həsənzadə, Ceyhun Salmanzadə, Duman Qəmbərov çıxışlarında Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışmış, vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin şəhadətin uca məqamında olduğunu qeyd edib, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıblar.

Qazilər son günlər Ordumuzun bölmələrinə qarşı törətdilən terror-təxribat əməllərindən hiddətləndiklərini bildirdirərək, səhhətlərində problem olmasına baxmayaraq yenə Müzəffər Ali Baş Komandanın əmrinə hazır olduqlarını diqqətə çatdırdılar.

Sonda qazilərə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri təqdim olunub. Vətən Müharibəsi qaziləri onlara göstərilən diqqət və qayğıya görə Ölkəmizin Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Yevlaxda qazilərlə görüş keçirildi - FOTOLARYevlaxda qazilərlə görüş keçirildi - FOTOLARYevlaxda qazilərlə görüş keçirildi - FOTOLARYevlaxda qazilərlə görüş keçirildi - FOTOLARYevlaxda qazilərlə görüş keçirildi - FOTOLARYevlaxda qazilərlə görüş keçirildi - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 996   Tarix: 05 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr