"Ölkəmizə, bayrağımıza yönəlik hər bir mənfi hərəkət xalqımızı daha da birləşdirir" - DEPUTAT

"Ölkəmizə, bayrağımıza yönəlik hər bir mənfi hərəkət xalqımızı daha da birləşdirir" - DEPUTATXəbər verdiyimiz kimi, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndiriblər.

Bununla bağlı Sonxeber.az-a danışan Nəsib Məhəməliyev bildirib ki, "Mehdinin nökərləri" adlı bir qrup terrorçunun Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya birləşmiş Krallığındakı səfirliyinə barbarcasına hücumu, müqəddəs bayrağımızı yerə atmaları sıradan bir hadisə deyil:

"Bu, ölkəmizin müstəqil siyasətini, iqtisadi inkişafını, günü-gündən güclənməsini, Ermənistan üzərində tarixi qələbəsini həzm edə bilməyən bəzi qonşu dövlətlərin dəstəklədiyi terror təşkilatlarının törətdiyi cinayətdir. Hərtərəfli düşünülmüş, təşkilatlanmış bu terrorçuların əsas məqsədi bütün mümkün vasitələrlə eyni amala, xislətə malik erməni terrorçularını Azərbaycanın haqlı davasında müdafiə etməkdir. Son illər regionda baş verən hadisələrin xronikasını, cənubdan gələn təhdidləri, ən yüksək səviyyəli din xadimlərinin İslam dəyərləri ilə daban-dabana zidd bəyanatlarına diqqət etmək kifayətdir ki, məsələnin mahiyyətinə aydınlıq gətirilsin. Problem bizim düşündüyümüzdən də dərin və mürəkkəbdir. Dövlət və cəmiyyət olaraq, sivil, mədəni, insani dəyərlərdən uzaq, olduqca təhlükəli, məkrli, xain düşmənlə üz-üzəyik.

Avqust ayının 2-də Laçın rayonunda əsgərimiz şəhid oldu və Ordumuz "Qisas" əməliyyatına başladı. Şəhidimizin qanı artıqlaması ilə alındı. Bundan narahat olan düşmən qüvvələr açıq mübarizə ilə heç nəyə nail ola bilməyəcəklərini anladıqları üçün xaincəsinə arxadan zərbə vurmağa cəhd etdilər. Bu dəfə də yanıldılar. Düşmənlər bir həqiqəti başa düşməlidirlər ki, ölkəmizə, bayrağımıza yönəlik hər bir mənfi hərəkət xalqımızı daha da birləşdirir. Üçrəngli Bayrağımız müqəddəsdir və bu bayraq uğrunda minlərlə gəncimiz şəhid olub".

Deputat vurğulayıb ki, hökumətimiz Britaniyanın aidiyyəti strukturları ilə sıx təmasda olacaq, hadisənin ideoloji mənbələri aşkarlanacaq və terrorçuların ciddi şəkildə cəzalanması təmin olunacaq:

"Eyni zamanda, çox təəssüflər ki, ölkə daxilində də uzun illər ərzində bəzi din dəllallarının yetişdirdiyi, beyinləri yuyulmuş kifayət qədər insanlar var. Həmin insanların sosial şəbəkələrdəki fəaliyyətləri, fikirləri bilavasitə Azərbaycanın müasir dövlət quruculuğuna qarşı, konstitusion quruluşunun zorla dəyişdirilməsinə hesablanıb. Müxtəlif mətbuat və digər orqanlarda onlara informasiya dəstəyi verənlərin də olması heç kim üçün sirr deyil. Azərbaycanda din və vicdan azadlıqları üçün münbit şəraitdən sui-istifadə edən din dəllalları ətraflarında bütöv bir cəhalət ordusunun yaranmasına nail olublar. Xaricdən maliyyələşən bu feodal təfəkkürlü dəllallar gecə-gündüz çoxsaylı primitiv rəvayətlər uydurmaqla cəmiyyəti işığa, zəkaya, müasirliyə yox, qaranlığa, cəhalətə sürükləyirlər.

Baxın, müqayisə edin: onların istinad etdikləri hansı ölkədə insanlar xoşbəxtdir? O cəmiyyətlərin hər birində geri feodal təfəkkür, cəhalət hökm sürür. Savadsız, kütbeyin mollalar gecəli-gündüzlü öz əxlaqlarını başqalarına sırımaqla məşğuldurdurlar.

Londonda baş verən hadisə bizim üçün ciddi siqnaldır. Hesab edirəm ki, aidiyyəti dövlət qurumlarımız əhalinin dini cəhətdən savadlanması üçün yeni konsepsiya hazırlamalı, zərərli xarici qüvvələrə bağlı din dəllallarının fəaliyyəti məhdudlaşdırılmalıdır. Azərbaycan dünyəvi dövlətdir və teokratik dövlət quruculuğuna cəhd edən bütün siyasi, ictimai təşkilatların fəaliyyəti qadağan olunmalıdır".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1243   Tarix: 05 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr