"Bu şəxsləri din adamı adlandırmaq belə günahdır"- Hacı Ağaseyid Yaqubov

"Bu şəxsləri din adamı adlandırmaq belə günahdır"- Hacı Ağaseyid Yaqubov4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Dini dəstənin küveytli İslam alimi Yasir Əl-Həbibin tərəfdarları olduğu bildirilir.
Bununla bağlı Sonxeber.az-a danışan ilahiyyatçı Hacı Ağaseyid Yaqubov bildirib ki, bu təşkilatın tarixi uzun deyil və dinə xeyri olan bir fəaliyyətinin şahidi olmamışıq:

"İmam Hüseynin adından təxribat törədənlərin "Allahu Əkbər" deyib baş kəsənlərdən heç bir fərqi yoxdur. O təşkilat da xüsusi hazırlanıb. Onların fəaliyyəti son illərdə dinə fitnə salmaq, məzhəblər arasında qarşıdurma yaratmaq, məzhəb alimlərini təhqir etməkdir. Bu günə qədər onların dinə xeyri olan bir fəaliyyətinin şahidi olmamışıq. Onlar tarixi uzun olmayan bir təşkilatdır. Bir neçə il bundan əvvəl fəaliyyətə başlayıb. Fəaliyyətləri kanal və internet üzərindən danışmaqdan başqa bir şey deyil. Onlar təxribatçı ünsürlərdir. Həmin şəxsləri din adamı adlandırmaq belə günahdır. İstər Yasir Əl-Həbib olsun, istər hər hansı ünsür olsun, İslam dini sülh və əmin-amanlıq dinidir. Məhəmməd peyğəmbər İslam dinini heç bir insana zor tətbiq etməklə onu dinə gətirməyib. Bizim dinimizdə elə bir hökm yoxdur ki, kiməsə zor tətbiq edərək dini ona çatdırasan. Qurani-Kərimdə Allah buyurur ki, dində məcburiyyət yoxdur. Bu,Bəqərə surəsində keçən bir ayədir və bizim şüarımızdır.
Bu təxribata dində fitnə deyirlər. Fitnə də ölümdən betərdir. Onlar dini ləkələyirlər və Əhli-beyti aşağılayırlar. İslam rəngi olan bayrağı aşağı salmaqla sanki imam Hüseyn bayrağını aşağılayıblar. Hər hansı bayraqda şəhidlik rəmzi varsa, o, İmam Hüseyn bayrağıdır. İmam Hüseyn ziyarətgahının günbəzinin üstündə qırmızı bayraq asılıb. Bizim də bayrağımızın ana xətti qərmızı şəhidlik rəmzidir.
Bir din adamı kimi deyə bilərəm ki, İslam dini hər situasiyada sülh və əmin-amanlığın tərəfdarıdır. Məhəmməd peyğəmbər Mədinə şəhərində öz dinini bərqərar etdiyi zaman orada iki qəbilənin düşmənçiliyini aradan qaldırmaq ilk işi olub. Ona görə dədinizimizin təbliğatında prioritet məsələmiz sülhdür. Dövlətlər arasında münasibətləri din vasitəsilə pozmaqla məşğul olanlar təxribatçılardır".
Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1886   Tarix: 05 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr