Avtomobilinə başqa maşının nömrəsini bağlayaraq idarə edən narkoman saxlanıldı - VİDEO
Başqa nəqliyyat vasitəsinə məxsus dövlət qeydiyyat nişanlarından istifadə etməklə avtomobili narkotik vasitənin təsiri altında idarə edən və yol polisinin qanuni tələbinə əməl etməyən sürücü həbs edilib.
Bu barədə Sonxeber.az-a Baş Dövlət Yol Polisi idarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhər sakini Əbdüləli Quliyev "Chevrolet" markalı avtomobili müvafiq sənədləri olmadan, eləcə də avtomobilin üzərinə başqa nəqliyyat vasitəsinə məxsus 90-SR-036 dövlət qeydiyyat nişanı bağlayaraq idarə etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda saxlama işarəsi verilmiş, lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.
Müayinə zamanı Əbdüləli Quliyevin narkotik maddə qəbul etməsi aşkar edilib və onun barəsində müvafiq sənədləşmə aparılıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1381 Tarix: 05 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr