Londonda Azərbaycan səfirliyinə hücum təşkil edən Yasir əl-Həbib kimdir? - İlahiyyatçıdan AÇIQLAMA

Londonda Azərbaycan səfirliyinə hücum təşkil edən Yasir əl-Həbib kimdir? - İlahiyyatçıdan AÇIQLAMA4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Dini dəstənin küveytli din xadimi Yasir Əl-Həbibin tərəfdarları olduğu bildirilir.
Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki , Yasir əl-Həbib bir neçə dəfə həbs olunub və hazırda İngiltərədə məzhəblərarası ixtilaf yaymaqla məşğuldur:
"Londondakı səfirliyimizə hücum edənlər "Mehdinin xidmətçiləri" adlanan radikal dini qruplaşmadır. Bu qruplaşmanın lideri Yasir əl-Həbibdir. Küveyt əsilli bir şəxsdir. O, Küveytdə başqa məzhəblərin müqəddəslərini təhqir etdiyinə görə 2004-cü ildə 10 il müddətinə həbs olunub. Bir neçə ay sonra Küveytin müstəqillik günü münasibətilə azad olunub. Bir neçə gün sonra yenidən həbsinə qərar verilib, amma o, Küveytdən qaçmağı bacarıb. Küveytdən İraqa, İrana, daha sonra İngiltərəyə gedib və orada sığınacaq alıb."Mehdinin xidmətçiləri"nin Britaniyada Əl-Mühəssin adlı məscidləri var. Eyni zamanda onların "Fədək" adlı bir kanalı var. Bu kanal radikal məzhəbçi, məzhəblərarası münasibətlərə zərər vuracaq fikirlər yayırlar. Yasir əl- Həbİb özü də bu fikirləri yayır, şiə-sünni ixtilafı çıxararaq müsəlmanları böləcək fikirləri gündəmə gətirir. Buna görə də İslam dünyasında onların hörməti yoxdur. Çox az bir qrup, xüsusilə, ərəb ölkələrindəki radikal qruplar onları dəstəkləyirlər. Bu son addım göstərdi ki, onlar heç bir dəyərə malik insanlar deyillər. Azərbaycan bayrağının içində islami dəyərlər də var. Yaşıl rəng İslamı təmsil edir. Onlar özlərini İslama aid edirlərsə, İslamın simvolu olan bayrağı yerə atmaları onların nəyə qulluq etdiyini göstərir. Əlbəttə ki, onların bu hərəkətləri Azərbaycan xalqında radikal qruplaşmalara qarşı nifrəti daha da artırır. Çünki bu insanlardan heç bir dövlət və millət xeyir görməyib. Onların hərəkətləri millətlərarası, dövlətlərarası, həmçinin məzhəblərarası ədavətə istiqamətlənib.
Azərbaycanda tarixən tolerantlıq, dinlərarası və məzhəblərarası harmoniya hökm sürüb. Belə qruplaşmaların fəaliyyəti bu harmoniyanı poza bilməz. İslamın iki böyük məzhəbinin nümayəndələri tarixən Azərbaycanda fəaliyyət göstərib və bu gün də belədir. Radikal qrup nümayəndələrinin şüarlarına baxdıqda guya Əhli-beyti müdafiə edirlər, amma onlar Əhli-beytin irəli sürdüyü dəyərləri bilsəydilər, belə hərəkət etməzdilər. Onların hərəkətləri Əhli-beytin dəyərlərinə ziddir. Azərbaycanda Əhli-beytə həmişə hörmət olub. Məzhəbindən asılı olmayaraq Azərbaycan xalqının nümayəndələri imam Hüseynə ehtiram göstəriblər. İmam Hüseynin qardaşlığa əsaslanan dəyərlərini bu radikal qrup insanların gözündə düşmənçilik dəyərləri kimi göstərməyə çalışırlar. Bu qrupun nə imam Hüseynlə, nə də Əhli-beytlə əıaqəsi var. Son hərəkət də bir daha bunu sübut etdi".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3213   Tarix: 05 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr