"Badamlı75" lotereyasının 3-cü tirajının qaliblərinə hədiyyələr təqdim edilib - FOTOLAR

"Badamlı75" lotereyasının 3-cü tirajının qaliblərinə hədiyyələr təqdim edilib - FOTOLAR"Badamlı mineral sular" MMC-nin 75 illik yubileyi münasibətilə təşkil etdiyi "Badamlı 75" tirajlı stimullaşdırıcı lotereyanın ilk mərhələsinin üçüncü tirajının qalibləri 31.07.2022 –ci il tarixində müəyyən olundu.

"Badamlı"nın rəsmi "Facebook", "YouTube" və "Instagram" səhifələrinin canlı efirində baş tutan lotereyada uğurlu qeydiyyatdan keçmiş kodlar arasından 22 kod, yəni 22 iştirakçı bir-birindən dəyərli hədiyyələr qazanıb.

Beləki, üçüncü tirajda lotereya iştirakçıları lotereya çərçivəsində 7 ədəd iPhone 13, 7 ədəd Samsung Galaxy S21, 3 ədəd HP notbuk, 3 ədəd JBL qulaqlıq, 2 ədəd Elektrikli skuter qazanıblar.
Qalib kodların sahibləri Bakı şəhəri, Tərtər rayonu və Naxçıvan MR-nın Naxçıvan şəhəri, Şahbuz, Ordubad, Culfa, Babək rayonlarından qeydiyyatdan keçmiş iştirakçılar olublar. Azərbaycanın ilk milli su markası olan "Badamlı" istehlakçıları üçün tirajlı stimullaşdırıcı lotereyasında qalib kodların sahibləri canlı yayımda lotereyanın uduş fondundan dəyərli hədiyyələr qazanan kodların özlərinə aid olduğunu gördükdə keçirdikləri hisslərin əvəzsiz olduğunu və yaşadıqları bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Şirkət əməkdaşları "Badamlı"nın tirajlı stimullaşdırıcı lotereyasında çoxlu sayda mobil avadanlıqlar və digər dəyərli hədiyyələr qazanan qalib kodların sahiblərinə Badamlının Bakıda və Naxçıvanda yerləşən ofislərində 04 avqust 2022-ci il tarixdən etibarən hədiyyələri təqdim etməyə başlayıblar. Həmçinin Naxçıvanda qaliblər Badamlı sularının zavodunu gəzərək, istehsal prosesi ilə də yaxından tanış olublar.

2022 –ci il 1 may – 25 dekabr tarixləri arasında keçiriləcək tirajlı stimullaşdırıcı lotereyada "Badamlı"nın qazlı və qazsız məhsullarını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz.

Qeyd edək ki, hər ay keçiriləcək "Badamlı" stimullaşdırıcı tirajlı lotereyası iki mərhələdən ibarətdir. Birinci mərhələdə müxtəlif dəyərli hədiyyələr, ikinci mərhələdə isə avtomobil oynanılır.

Lotereyada iştirak etmək üçün "Badamlı" sularının qapaqlarının altındakı və ya evlərə sifariş zamanı onlara təqdim olunan kuponların arxasında olan 9 rəqəmli kodu 75il.badamli.az saytında, həmçinin (055) 575-1947 vatsap nömrəsində qeydiyyatdan keçərək lotereyada iştirak etmək hüququ qazanır. Hər bir iştirakçı lotereyada qalib olmaq üçün iki şans qazanır: Birinci dəfə qeydiyyatdan keçdiyi tiraj zamanı və ikinci dəfə isə avtomobilin oynanıldığı lotereya zamanı. Lotereya iştirakçılarından kodların olduğu qapaq və kuponları atmamaq xahiş olunur. Qalib olduqları zaman onlar iştirakçılar tərəfindən mütləq şəkildə "Badamlı" şirkətinə təqdim olunmalıdır.

Xatırladaq ki, stimullaşdırıcı lotereyanın dördüncü tirajını 2022-ci il 28 avqust tarixində "Badamlı"nın İnstagramda @badamli1947 hesabından, Facebook və YouTube kanalı üzərindən canlı yayım vasitəsilə izləyə bilərsiniz.

Lotereyanın nəticələri canlı yayımda, kütləvi informasiya vasitələrində, sosial media platformalarında və 75il.badamli.az saytında elan ediləcək.

Qeyd edək ki, lotereya 1 may-25 dekabr 2022–ci il tarixləri arasında hər ay keçiriləcək və lotereyada ümumilikdə 226 uduş oynanılır.

75 ədəd – iPhone 13
75 ədəd – Samsung Galaxy S21
25 ədəd – HP Notbuk
25 ədəd – SEGWAY: Elektrikli Skuter
25 ədəd – JBL T510BT qulaqlıq
1 ədəd – BESTUNE T99 minik avtomobili

Daha çox Badamlı, daha çox şans!
"Badamlı75" lotereyasının 3-cü tirajının qaliblərinə hədiyyələr təqdim edilib - FOTOLAR"Badamlı75" lotereyasının 3-cü tirajının qaliblərinə hədiyyələr təqdim edilib - FOTOLAR"Badamlı75" lotereyasının 3-cü tirajının qaliblərinə hədiyyələr təqdim edilib - FOTOLAR"Badamlı75" lotereyasının 3-cü tirajının qaliblərinə hədiyyələr təqdim edilib - FOTOLAR"Badamlı75" lotereyasının 3-cü tirajının qaliblərinə hədiyyələr təqdim edilib - FOTOLAR"Badamlı75" lotereyasının 3-cü tirajının qaliblərinə hədiyyələr təqdim edilib - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 894   Tarix: 05 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

Vahid forma, vahid qayda, bərabər imkan: Məktəbli geyimi ətrafında yeni yanaşma

Məktəbli forması haqqında müzakirələri yalnız geyim məsələsi kimi təqdim etmək mövzunun mahiyyətini daraltmaq deməkdir. Əslində vahid məktəbli forması məktəb mühitində bərabərlik, intizam, sosial münasibətlər, valideyn-məktəb əməkdaşlığı, uşağın rahatlığı və təhsil müəssisəsinin daxili mədəniyyəti il

22 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi yalnız təhsil sisteminin qarşısında dayanan pedaqoji vəzifə deyil, cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm sosial məsələdir. Dövlətin davamlı inkişafı, milli dəyərlərin qorunması, ictimai həmrəyliyi

22 sentyabr
.

Bakıda bu məktəblər distant təhsilə keçdi

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək

22 sentyabr