Bu gün şəhid olan Tahirin qardaşı da əsgərdir
Bu gün Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət alaraq həlak olan əsgər Əliyev Tahir Çingiz oğlu ilə bağlı yeni faktlar məlum olub.
Modern.az-ın məlumatına görə, şəhid əsgər Ağstafa rayonunun Xətai kəndində doğulub boya başa çatıb.
Ailədə iki oğlan övladı olublar. Onun qardaşı bu ilin iyul ayında hərbi xidmətə yola düşüb.
Xidmət zamanı bədbəxt hadisə nəticəsində həyatını itirən əsgər ailəsinin istəyi ilə sabah Ağsatafa rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Tahir Çingiz oğlu Əliyevin üzərinə düşüb.
Hadisə nəticəsində əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qanunvericiliyə əsasən, hər iki əsgərə şəhid statusu veriləcək.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4809 Tarix: 05 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr