TƏBİB-dən Ceyhun Əsgərovun müalicəsi ilə bağlı AÇIQLAMA
Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov bu gün sosial şəbəkədə vəziyyətinin yaxşı olmadığı ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki o, 3 saatdır bir xəstəxanada öz hesabına belə yer tapa bilmədiyini paylaşıb.
Media nümayəndələri C.Əsgərovun müalicəsi üçün TƏBİB-ə fasiləsiz olaraq müraciət ünvanlayıblar.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, C. Əsgərova Təcili Tibbi Yardım Briqadası göndərilib:
"Ceyhunla bağlı biz də ən az sizin qədər həssas və narahatıq. İndi də Təcili Tibbi Yardım Briqadası göndərilib. Bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur. Tezliklə şəfa tapmasını diləyirik!".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1186 Tarix: 05 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr