Ceyhun Əsgərova nə olub? - YENİLƏNİB
Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov bu gün sosial şəbəkədə bir neçə dəfə narahatlıq doğuran paylaşımlar edib və daha sonra yazdıqlarını silib.
"Qafqazinfo" xəbər verir ki, C.Əsgərov paylaşımlarında vəziyyətinin yaxşı olmadığını, dostlarından kömək istədiyini qeyd edib. Lakin o, qısa müddət sonra yazdıqlarını silərək "bir qıraqda öləcəm" sözlərini paylaşıb.
Məsələ ilə bağlı tanınmış jurnalistin özü ilə əlaqə saxladıq. O, səhhətində problemlərin olduğunu və bu gün getdiyi xəstəxananın onu qəbul etmədiyini bildirib:
"Bir həftə əvvəl sükan arxasında olanda qıcolma keçirdim. Sükanı saxladım, maşını birtəhər "Semaşko" (Kliniki Tibbi Mərkəz - red.) xəstəxanasının yanına sürüb saxlaya bildim, təcili tibbi yardım gəldi. Ondan sonra İstanbula getdim və orada 1 həftə qaldım. Beyin damarımda qıcolma vardı, orada damarıma nəsə yerləşdirdilər. İndi gəlmişəm Bakıya, bağda idim, halım pisləşdi. Dostlarım və sürücüm gəldilər ki, məni götürsünlər. Dedim ki, məni xəstəxanaya aparsınlar. Xəstəxana ilə danışdılar, sonra xəstəxanaya getdim. Ora çatanda dedilər ki, bizə heç nə deyilməyib. İndi də qayıdıram bağa, başımı qoyub öləcəm".
Qeyd edək ki, Ceyhun Əsgərov jurnalistlik fəaliyyətinə ANS-də başlayıb və xeyli müddət bu kanalda çalışıb. Daha sonra aznews.az saytında baş redaktor, Əmlak Məsələləri Dövlət Xidmətində mətbuat katibi işləyib. Hazırda isə Baku TV-də həftəlik proqramın aparıcısıdır.
***
Yaxınları Ceyhun Əsgərovun bir müddətdir zərərli vərdişlərdən əziyyət çəkdiyini bildiriblər.
***
TƏBİB-in mətbuat xidməti Ceyhun Əsgərovla bağlı məlumat yayıb. Qurumun mətbuat katibi Zamirə Adilova bildirib ki, onun müayinəsi üçün Təcili Tibbi Yardım Briqadası göndərilib: "Bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Onun davamlı müalicə alması şərtdir. Amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı