Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi
Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov xəstəxanaya yerləşdirilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.
"Bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir və hal-hazırda da onun yanındayam.
KTM rəhbərliyinə də bu barədə məlumat vermişəm və onun vəziyyəti tam bizim nəzarətimizdədir. Onun sağalması üçün əlimizdən gələni edəcəyik!", - deyə o qeyd edib.
Xatırladaq ki, Ceyhun Əsgərov bu gün sosial şəbəkədə bir neçə dəfə narahatlıq doğuran paylaşımlar edib və daha sonra yazdıqlarını silib. O, paylaşımlarında vəziyyətinin yaxşı olmadığını, dostlarından kömək istədiyini qeyd edib. Lakin o, qısa müddət sonra yazdıqlarını silərək "bir qıraqda öləcəm" sözlərini paylaşıb.
C.Əsgərov səhhətində problemlərin olduğunu və bu gün getdiyi xəstəxananın onu qəbul etmədiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2249 Tarix: 05 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr