YENİ KRİZ BAŞLAYIR: Bu ssenari reallaşsa, milyonlarla insan…
Rusiyadan qaz idxalının kəsilməsindən sonra enerji istifadəsinə qənaət edən Almaniya indi yeni təhlükə ilə qarşı-qarşıyadır… Alman rəsmilərinin tədbir gördüyü ssenari reallaşsa, milyonlarla insan əziyyət çəkə bilər…
Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq Rusiyanın Avropaya qaz ixracını böyük ölçüdə azaltması ilə başlayan enerji böhranı davam edir.
Sonxeber.az Musavat.com-a istinadla xəbər verir ki, Avropa Birliyinin qənaət planı çərçivəsində ölkələr enerji istifadəsini azaltmağa çalışır, lakin Almaniya yeni problemlə üz-üzədir.
Putinin qərarı ilə qaz nəqli məhdudlaşdırılan boru kəmərlərində təzyiqin aşağı olması ölkənin enerji infrastrukturunda nasazlıqlara səbəb olduğundan bu qış milyonlarla evin istilik təchizatında problem yaranacağı gözlənir.
Mütəxəssislər bildirirlər ki, bu ilin qışında istilik sistemlərində nasazlıq baş verərsə, qaz nəqlinin yenidən açılması üçün xeyli iş lazımdır. Bu isə o deməkdir ki, aparılan işlər zamanı evlər günlərlə işıqsız və istiliksiz qalacaq.
"Bild" qəzetinin məlumatına görə, Almaniya hökuməti boru kəmərləri ilə bağlı narahatlığını dilə gətirib və kommunal xidmətlərdə problemlər yaranarsa, ən azı 24 saat əvvəl məlumat verilməsini tələb edib.
Almaniya Avropa ölkələri arasında qazın kəsilməsində ən həssas ölkə kimi görünür. Ukraynada müharibə başlamazdan öncə Rusiya qazından asılı olan ölkə müharibədən sonra da qaza olan tələbatının 35 faizini Rusiyadan qarşılayırdı.
Əlindəki məhdud enerji ilə qışı keçirməyə məcbur olan Almaniya hökuməti qiymət artımı səbəbindən qaz təchizatı şirkətlərinə dəstək məqsədilə oktyabrın 1-dən bütün istehlakçılara əlavə vergilər tətbiq etməyə hazırlaşır.
İqtisadiyyat naziri Robert Habeck əlavə vergi qərarının Rusiyanın səbəb olduğu böhranın nəticəsi olduğunu vurğulayıb.
"Asan addım deyil, ancaq yaşayış evlərində və iqtisadiyyatda enerji təchizatını təmin etmək üçün bunu etməliyik. Müvəqqəti əlavə verginin oktyabrın 1-dən qüvvəyə minməsi və 2024-cü il aprelin 1-də başa çatması planlaşdırılır", – nazir bildirib.
Qış aylarının yaxınlaşması ilə qaz tələbatının artması və enerji qiymətlərinin sürətlə bahalaşması səbəbindən çökmə riski ilə üzləşən Almaniyada iflas narahatlıqları başlayıb.
Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, Almaniya iqtisadiyyatı iyul ayında böhranla üzləşib.
İnstitutun rəhbəri Klemens Fuest deyib: "Almaniya tənəzzülün astanasındadır. Yüksək enerji qiymətləri və qaz qıtlığı təhlükəsi iqtisadiyyata mənfi təsir göstərir".
Enerji xərclərinin artması ilə bağlı çətinliklər yaşayan başqa bir ölkə – İngiltərə isə hadisələri "1950-ci illərdən bəri ən böyük yaşayış böhranı" kimi qiymətləndirir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Prezident onları təltif etdi - Siyahı
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın