Bayden: "Müsəlmanların qətli məni qəzəbləndirir"
ABŞ Prezidenti Cozef Bayden Nyu-Meksiko ştatında bir neçə müsəlmanın qətlə yetirilməsindən qəzəbləndiyini bildirib.
Ağ Ev rəhbəri bu barədə sosial şəbəkə hesabında yazıb.
"Albukerkedə dörd müsəlman kişinin dəhşətli qətli məni qəzəbləndirir və kədərləndirir. Tam araşdırmanı gözlədiyimiz müddətdə dualarım ölənlərin ailələri ilədir və Administrasiyam müsəlman icmasının yanındadır", - ABŞ rəhbəri tviter hesabında vurğulayıb.
"Bu mənfur hücumlara Amerikada yer yoxdur", - Bayden əlavə edib.
Qeyd edək ki, hadisə Nyu-Meksiko ştatının Albukerke şəhərində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahdan açılan atəşlə qətlə yetirilmiş 3 müsəlmanın meyitini aşkarlayıblar. Bundan sonra müsəlman olduğu bildirilən və odlu silahla öldürülən dördüncü şəxsin də meyiti aşkarlanıb.
Şəhərinin səlahiyyətli şəxsləri qətllər arasında əlaqənin olduğunu vurğulayıblar.
Albukerke Polis Departamentinin rəisi Harold Medina keçirdiyi mətbuat konfransında "Bu atışmalar narahatedicidir" - deyib.
Polis Departamentinin yaydığı xəbərdə deyilir ki, Federal Təhqiqat Bürosu istintaqa kömək edir.
Nyu Meksiko ştatının qubernatoru Mişel Lujan Qrişam da tviter hesabında bildirib ki, o, qatil və ya qatilləri ədalət mühakiməsinə təslim etmək üçün yerli, federal hakimiyyət orqanları ilə işləmək üçün şəhərə əlavə əyalət polisi göndərir və onlar tapılacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1721 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yəməndə raket hücumu: azı 20 hərbiçi öldürülüb
Yəmənin cənubundakı Şəbva vilayətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə ballistik raketlərlə hücum edilib. Nəticədə azı 20 hərbiçi həlak olub, 20-dən çox hərbiçi yaralanıb. Associated Press-ə istinadən xəbər verir ki, hücum oktyabrın 19-da Əl-Ələm hərbi düşərgəsinə qarşı həyata keçirilib. Yəmə
19 oktyabrMarko Rubio Özbəkistana səfərə gedib
ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə
19 oktyabrMilanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib
İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri
20 oktyabrKim Çen Inın bacısından sərt bəyanat: Cənubi Koreyaya xəbərdarlıq
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanı sərhəddəki hərəkətlərinə görə tənqid edib. O, iki ölkə arasındakı sərhəd bölgəsində yaranmış vəziyyəti ciddi adlandıraraq Seula xəbərdarlıq edib. The Mirror-a istinadən xəbər verir ki, Kim Yo Conqun sözlərinə görə, Cənubi Koreya hərbçilər
20 oktyabrBu ölkədə bir milyondan çox qadının adı eynidir
Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır
18 oktyabrParisdə etirazçılar Luvrun girişini bağlayıblar
Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin
19 oktyabr