Əsgərləri ən çox intihar edən ordular - SİYAHI

Əsgərləri ən çox intihar edən ordular - SİYAHIMüasir dünya ordularının ən böyük problemlərindən biri intihar epidemiyasının geniş yayılmasıdır. Bu problem dünyanın ən güclü ordularından da yan keçməyən qlobal tendensiyadır.
Psixoloji stress, depressiya, hərbi qulluqçuşar arasında nizamnamədən kənar münasibətlər (dedovşina), şəxsi həyatda problemlər, maliyyə problemləri və s. bu intiharların əsas səbəbləri göstərilir.
Bu səbəbdən bir çox ölkələr orduda psixoloq ştatını artırıb, intiharlara qarşı geniş kampaniyalar təşkil ediblər.

Məsələn, dünyanın ən güclü və intizamlı ordularından sayılan İsrail ordusunda (ÇAXAL) 2005-2015-ci illər ərzində 237 hərbi qulluqçu intihar edib. İntihar faktlarına qarşı effektiv mübarizə məqsədilə qəbul edilən plan çərçivəsində mülki psixoloqlar hərbçilərlə ayrı-ayrılıqda seanslar keçmirmiş, hər bir intihar faktı ilə bağlı ordu polkovnikinin başçılıq etdiyi xüsusi komissiyanın yaradılması mənfi tendensiyanın azalmasılna səbəb olub.
Təsadüfi deyil ki, 2005-ci ildə 35 İsrail hərbçisi intihar etmişdisə, 2015-ci ildə bu rəqəm 15-ə enib. Amma İsrail ordusunun şəxsi heyətini nəzərə aldıqda (180 min) intihar faktları dünya ölkələri ilə müqayisədə xeyli aşağı səviyyədədir.

Böyük Britaniya ordusu da intihar hallarının yüksək olduğu ölkələrdən sayılır. Maraqlıdır ki, 2014-ci ildə Böyük Britaniya ordusunun 29 hərbi qulluqçusu və 21 veteranı intihar edib. Eyni dövrdə Əfqanıstanda və dünyanın digər ölkələrində döyüş tapşırığı icra edərkən həlak olan hərbçilərin sayı isə 44 nəfər olub.

NATO-nun 2-ci ən böyük ordusu sayılan Türkiyə ordusu (678 min) PKK ilə döyüşlərdə verdiyi itkilərlə müqayisədə intiharlardan daha çox əziyyət çəkib. Müdafiə naziri İsmət Yılmaz 2003-2013-cü illər arasında orduda 965 intihar faktının qeydə alındığını bildirmişdi. Maraqlıdır ki, həmin 10 illik dövr ərzində PKK ilə döyüşlərdə 601 hərbçi şəhid olub.

Rusiya ordusu (980 min) döyüş və qeyri-döyüş itkilərinin geniş yayıldığı ölkələrdən biridir. Ölkənin Müdafiə Nazirliyi intihar edən hərbi qulluqçularla bağlı yalınz 2009-cu ildə rəsmi statistikanı açıqlamışdı. Həmin zaman ölkədə 191 hərbçinin intihar etdiyi açıqlamnmışdı. Lakin hüquq-ümdafiəçiləri və QHT-lər 2005-ci ildən bəri ölkədə 3267 hərbçinin canına qəsd etdiyini müəyyən edib.
Xüsusən 2008-ci il (505 intihar) bu göstərici görə rekord təşkil edib. ABŞ ordusunun şəxsi heyəti 1,4 milyon nəfər təşkil edir. Pentaqonun rəsmi açıqlamasına görə hər 36 saat ərzində 1 hərbi qulluqçu intihar edir.

Müharibə veteranları arasında isə intihar göstəricisi bundan qat-qat çoxdur. 2012-ci ildə Pentaqon 349 hərbi qulluqçunun həyatına qəsd etdiyini bildirmişdi. Halbuki həmin ildə Əfqanıstanda cəmi 295 əsgər öldürülmüşdü. İntihar göstəricisi 2011-ci ildə 301, 2014-cü ildə isə 400-ü keçib.
Ümumilikdə son 10 ildə (2005-2015) Amerika ordusu 3916 hərbi qulluqçusunu intihara görə itirib. Pentaqon bu tendensiyanın qarşısını almaq üçün geniş layihələr həyata keçirir.
Ermənistan ordusu intiharlarla bağlı ciddi problem yaşayan ölkələrdən sayılır. Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin məlumatına görə 58 miun hərbçinin xidmət etdiyi Ermənistan ordusunda 2010-cu ildən 2016-cı ilin ilk yarısına qədər 58 intihar faktı qeydə alınıb.

Eyni dövrdə düşmən ordusunda 47 qətl də baş verib.

Azərbaycan ordusundakı intihar faktları ilə bağlı rəsmi statistika mövcud deyil. Bununla belə, yerli hərbi ekspertlər və bu sahədə ixtisaslaşan QHT-lərin məlumatına görə Milli Orduda 2010-cu ildə 12, 2011-ci ildə 12, 2013-cü ildə 19, 2013-cü ildə 16, 2014-cü ildə isə 14 hərbçi həyatına son qoyub. Azərbaycan ordusunun şəxsi heyəti 102 min nəfərdən ibarətdir.(modern.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2559   Tarix: 19 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Şəhid Elşən Yunisli dəfn olundu - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib. Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. *. 11:20. Vətə

27 iyun 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - FOTO + VİDEO

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydaların

1 avqust 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Türkiyə ordusu terrorçuları MƏHV ETDİ

İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib. -ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara daha bir ağır zərbə vurublar. Gara bölgəsind

4 sentyabr 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021