Yaponiyanın yeni hökuməti təsdiqləndi - YENİLƏNİB
Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi çərşənbə günü keçirilən kadr dəyişikliyindən sonra Fumio Kişida hökumətindəki vəzifəsini qoruyub.
Bu barədə Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno (o da öz vəzifəsini qoruyub - red.) bəyan edib.
Baş katib nazirlərin yeni siyahısını xüsusi mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, maliyyə naziri Syuniti Sudzuki, dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Tetsuo Sayto, həmçinin iqtisadi bərpa naziri Daysiro Yamaqiva hökumətdə öz portfellərini qoruyublar.
Keçən il iqtisadiyyatın bərpası naziri olmuş və koronavirusla mübarizə tədbirlərinə cavabdeh olan Yasutoşi Nişimura yeni iqtisadiyyat, ticarət və sənaye naziri təyin edilib. 2008-2009-cu illərdə Yaponiyanın müdafiə naziri olan Yasukazu Hamada isə yenidən hərbi quruma rəhbər təyin edilib.
Əvvəllər müxtəlif nazir postlarını tutmuş Taro Kono, Sanae Takaiti və Katsunobu Kato da hökumətə qayıdıb. Vaxtilə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə rəhbərlik edən Kono rəqəmsallaşmaya cavabdeh olan nazirin portfelini alıb. İyul ayında öldürülən sabiq baş nazir Sindzo Abenin ən yaxın adamlarından biri olan Takaiti iqtisadi təhlükəsizlik naziri vəzifəsinə gətirilib. Kato isə öz növbəsində artıq Abe hökumətində tutduğu Səhiyyə Nazirliyinin rəhbəri postuna qayıdıb.
09:15
Yaponiya hökuməti tam tərkibdə istefa verib.
Baş nazir Fumio Kişidanın rəhbərliyi altında Yaponiya hökumətinin yeni tərkibinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Kabinet dəyişikliyi əvvəlcə sentyabrın əvvəlində baş verməli idi, lakin Kişida "yeni kapitalizm"in iqtisadi konsepsiyasının təbliğini sürətləndirmək planları, ərzaq və yanacağın qiymətlərinin artması ilə əlaqədar tədbirlər görmək zərurəti, həmçinin parlament iclasına hazırlıq məqsədi ilə bunu indi keçirmək qərarına gəldi.
Yaponiya hökumətinin bu tərkibi 2021-ci il oktyabrın 4-də Kişida baş nazir postunu tutduğu zaman formalaşıb./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 671 Tarix: 10 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video
Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə
18 oktyabrİran səfiri Almaniya XİN-ə çağırılıb
Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniy
19 oktyabrLiviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Liviyanın Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyinin azı 9 əməkdaşı paytaxt Tripolidən qərbdə yerləşən Zaviyyə şəhərində təlimlər zamanı minaatandan atılan atəş nəticəsində ölüb, bir neçə nəfər yaralanıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə baza
19 oktyabrMisir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış
18 oktyabrAli Radanın deputatı Zelenskinin varisini açıqladı
"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq
18 oktyabrPezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil
İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir
18 oktyabrBBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb
BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ
19 oktyabrƏraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fikir ayrılıqlarının həllində daha ciddi rol oynamalıdır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Tasnim" əməkdaşının müvafiq sualına cavab verərkən bildirib. Əraqçi təşkilatın İslam dünyasının məsələlərinə dah
18 oktyabr