DİQQƏT ! Maşın bazarında ucuzlaşma var

DİQQƏT ! Maşın bazarında ucuzlaşma varAzərbaycan avtomobil bazarında yeni tendensiya yaranıb. Avtomobil ekspertləri bildirirlər ki, hazırki iqtisadi durum avtomobil bazarında özünü göstərməyə başlayıb. Belə ki, hazırda satışların həcminə görə və alıcılara görə, avtomobilləri 3 qrupa bölmək olar.

Ucuz maşınların satışında canlanma var

Avtomobil elanları üzrə ekspert Vaqif Hüseynov bildirib ki, hazırda iqtisadi durğunluğa baxmayaraq avtomobil bazarında daim işlək olan modellər var. Söhbət qiyməti 10 min manata qədər olan avtomobillərdən gedir. Ekspert bildirir ki, bu qiymətə olan modellərin satışlarında hazırda canlanma müşahidə edilir.Onun sözlərinə görə, adətən bu qiymətə olan avtomobilləri əhalinin nisbətən aşağı təbəqəsi alır.Həm də bu avtomobillər kütləvi sürülən maşınlardır, xüsusilə də taksi kimi daha çox istifadə edilir.

Müşaiyət xidməti göstərənlər köhnə maşınlara tələbatı artırıb
Bundan əlavə, uşaqların məktəbə və ya baxçaya aparıb-gətirilməsi xidmətinə son dövrdə tələbat artıb. Bu xidməti göstərmək istəyənlər isə adətən ucuz və az yanacaq işlədən avtomobilə üstünlük verirlər. V.Hüseynov bildirib ki,qiyməti 5-7 min manata olan az yanacaq işlədən avtomobillərin böyük hissəsi hazırda sırf bu məqsədlə alınır. Ekspertin sözlərinə görə, istehsal tarixi 2002-ci ilə qədər olan köhnə "Opel" və "Mercedes" hələ də bazarın lideridirlər.
Ekspert qiyməti 10 min manata kimi olan avtomobillərdə qiymətlərin artmamasının səbəbi belə izah edib:"Tələbatın yüksək olmasına baxmayaraq qiymət artımı yoxdur.Çünki bazara bu qiymətə kimi çıxarılan avtomobillər tələbi üstələyir.Bu avtomobillərin qiymətlərində artım olsa belə, bu nəzərəçarpacaq səviyyədə olmur və satışlara ciddi təsir göstərmir".

Qiyməti 10-50 manat olan avtomobilləri ona görə almırlar ki...
V.Hüseynov bildirib ki, hazırda bazarda satılmayan avtomobillər 2-ci qrupa aid olan avtomobillərdir. Söhbət qiyməti 10-50 manat arasında olan avtomobillərdən gedir.Məsələn, istehsal tarixi 2006-2013-cü illərə aid "Hyundai Tucson", "Hyundai ix 35", "Hyundai Santa Fe", "Kia Sportage", "Kia Sorento", "Nissan X Trail", "Toyota RAV4" modellərini aid etmək olar. Onun sözlərinə görə, bu avtomobilləri əsasən orta təbəqəyə aid olan, banklarda əmanəti olan vətəndaşlar alırdı.Hazırki iqtisadi şəraitdə banklara inamın azalması ilə onlar kütləvi sürətdə banklardan pullarını geri götürürlər.
Üstəlik dolların məzənnəsi ilə bağlı yaranan ajiotaj bankdan çıxarılan vəsaitlərin dövriyyə çıxmasına mane olur. Vətəndaşlar gözləmə vəziyyətində pulları yastıq altında saxlamağa üstünlük verirlər. Belə olan halda avtomobil almağa da ehtiyat edirlər. Nəticədə son bir ayda qiyməti 20-28 manat olan avtomobillərin qiyməti 3-4 min manat ucuzlaşıb.Məsələn, 22 min manatlıq "Hyundai ix35" modeli 19 min manata kimi ucuzlaşıb.
Satıcılar da bazara təsir göstərir

V.Hüseynov əlavə edib ki, bu avtomobillərlə bağlı təkliflərin artmasına avtomobil bazarındakı satıcılar da təsir göstərir. Əvvəlcə bazara 25-26 min manat avtomobil çıxaran satıcı maşını sata bilməyəndə yeni üsullar axtarmağa başlayır: "Avtomobili 21 min manata alıbsa, daha az qazanca razı olmaqla 22 min manata satır. Əlində olan pula daha tez satılan 6-7 min manatlıq 3 avtomobil alır. Belə olan halda daha çox qazanc əldə etmək şansı əldə edir". V.Hüseynov nəticədə avtomobil elan saytlarında qiyməti 50 min manata kimi avtomobillərlə bağlı elanların xeyli artdığını deyir.Məsələn, gündə 150 avtomobil elanı yerləşdirilirsə, onun 50-si bu avtomobillərlə bağlıdır.

Avtomobillərin qiymətini daha gizlətmirlər
Qiyməti 50 min manatdan yuxarı olan avtomobillər isə əsasən biznes sinifinə aid olan modellərdir. Ekspert bildirir ki, qiymətlərin artmasına baxmayaraq bu avtomobillərin satışında isə azalma olmayıb. Belə ki, bahalı avtomobilləri əsasən biznes mühitində olan şəxslər, menecer və TOP menecerlər alır. Onların biznesi isə valyuta bazarında yaranan dəyişikliklərdən daha çox böyüyüb. Belə olan halda 900 minlik avtomobilin 1 milyon manata kimi bahalaşması o qədər də böyük fərq hesab edilmir. Ekspert hesab edir ki, bunu bəzi brendlərin satış qiymətlərini açıqlamasında da müşahidə etmək olar. Məsələn, "Lexus" və "Toyota" son bir neçə aya qədər avtomobillərin qiymətini gizlədirdi. Amma artıq reklamlarda belə premium sinif modellərin qiymətlərinə rast gəlmək olar.Məsələn, "Lexus Bakı Mərkəzi" 5.7 litr mühərrikli "LX" modelini 146 min manata satdığı açıqlayıb.(fins.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2224   Tarix: 20 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel