"Putin ayrılıq yoluna daşları səssiz-sədasız döşəyəcək" - MÜSAHİBƏ
"Türkiyəni etibarsızlaşdırmağa çalışmağın, öz aralarına qəbul etməməyin, təkləməyin nəticəsi olacaq. Rusiya Prezidenti Vladimir Putin də bunu gördü və meydana gələ biləcək münaqişədən geosiyasi parçalanma üçün istifadə edəcək. Ayrılıq yoluna daşları səssiz-sədasız döşəyəcək və bir mərhələdən sonra geri dönüş çox da mümkün olmayacaq".
Bunu Oxu.Az-a müsahibəsində türk hərbi ekspert Abdullah Ağar deyib.
Ekspertlə ABŞ-ın yunan adalarında hərbi bazalar qurmasının arxasındakı səbəblər, Türkiyənin Rusiya ilə münasibətləri barədə söhbət apardıq. Həmin müsahibəni təqdim edirik:
- ABŞ-ın yunan adalarında hərbi bazalar qurmasının səbəbləri nədir?
- Hər şeydən əvvəl bu addım Yunanıstana nəzarət üçün atılıb. Yunanıstan və Cənubi Kipr yaxın keçmişə qədər dinc dayanmırdılar. Onlar hətta ABŞ-ın qlobal düşmənləri olan Rusiya və Çinlə də əlaqələri inkişaf etdirirdilər.
Məsələnin Türkiyə tərəfi isə budur ki, ABŞ Türkiyəni sıxışdırdı, təcrid, təzyiq etdi və terror təşkilatları, xüsusilə YPG/PKK və FETÖ ilə o qədər vurdu ki, Türkiyədə özünə qarşı əks mövqe meydana gətirdi.
ABŞ həmçinin Yunanıstan vasitəsilə Türkiyəni sıxışdırmaq və onun geosiyasi aktivliyinə mane olmaq, həmçinin Şərqi Aralıq dənizində enerji qaynaqlarına çıxışı öz nəzarəti altına almaq üçün bu cür yollardan istifadə edir.
- Şərqi Aralıq dənizində neft və qaz resursunun nə qədər olduğu təxmin edilir? Burada mümkün kəşf gedişatı necə dəyişə bilər?
- Şərqi Aralıq dənizində neft-qaz, həmçinin qaz hidratı ehtiyatının ümumi qiymətləndirilməsinin 50 trilyon dollar səviyyəsində olduğu təxmin edilir. Bilmirəm, fikir vermisinizmi, ABŞ Yunanıstanda bazalar vasitəsilə məskunlaşdıqdan sonra "Eastmed" layihəsindən dəstəyi geri çəkib. ABŞ-ın məqsədi ona müqavimət göstərən və gələcək geosiyasi formalaşmada yeni təşəbbüslər irəli sürən Fransa və Almaniyanı cilovlamaq, onların Şərqlə ABŞ olmadan təşəbbüslər həyata keçirmələrinə mane olmaqdır. Eyni zamanda Yunanıstan vasitəsilə Balkanlarda və Qara dəniz hövzəsində təsirini artırmaq, əks-təsir dairələrini daraltmaq, Egeydə yaradacağı dominantlıq vasitəsilə Qara dəniz-Boğazlar-Egey-Aralıq dənizi xəttində Rusiyanın iqtisadi, siyasi, hərbi təşəbbüslərinə təzyiq etməkdir.
- Bu cür yanaşmaya Türkiyə ilə Rusiya arasındakı münasibətlərin təsiri nə qədərdir?
- Yaşanan son siyasi hadisələr fonunda Qərb mediasında manşetə çıxan iki xəbəri misal gətirəcəm: "1. Almaniyanın "Der Spiegel" qəzetində: "Ərdoğan Putinlə yaxınlaşmanı şişirdəndə!" 2. Britaniyanın "Financial Times": "Qərb paytaxtlarında Türkiyə ilə Rusiya arasında artan əlaqələrə görə həyəcan təbili çalınır". Baxın, sadəcə bu iki qəzetin Türkiyə ilə bağlı manşetləri idi. Sayı çoxaltmaq da olar. Bu yanaşmalardan belə, Qərbin nə qədər dayaz olduğunu başa düşmək olar.
Fikrimcə, onlar bundan daha artıq narahat olmalıdırlar. Çünki Türkiyəni etibarsızlaşdırmağa çalışmağın, öz aralarına qəbul etməməyin, təkləməyin nəticəsi olacaq. Rusiya Prezidenti Vladimir Putin də bunu gördü və meydana gələ biləcək münaqişədən geosiyasi parçalanma üçün istifadə edəcək. Ayrılıq yoluna daşları səssiz-sədasız döşəyəcək və bir mərhələdən sonra geri dönüş çox da mümkün olmayacaq.
- Belə olan halda Türkiyənin həm Rusiya, həm ABŞ-la münasibətləri necə davam edəcək?
- Türkiyə-Rusiya münasibətləri daha çox uzlaşmağa, məsləhətə söykənən mübarizə və münaqişədə əməkdaşlıq kimi dəyərləndirilə bilər. Səmimiyyət, güvən, sevgi üzərində qurulan əməkdaşlıq da var, amma indiyə qədər belə bir şey gördüyümü deyə bilmərəm.
- ABŞ-la münasibətlərsə bir qədər fərqlidir. Necə deyərlər, nə ABŞ-la mümkündür, nə də ABŞ-sız. Eynisi Rusiya üçün də keçərlidir. Bəs nə olacaq bu işlərin axırı?
- Türkiyə indiyədək 120-dən çox YPG/PKK liderini PUA-larla zərərsizləşdirib. Yəqin, bilirsiniz, Ukrayna 2019-cu ildə PUA təchizatı testlərində və müqayisələrində niyə Türkiyə PUA-larına üstünlük verib.
Başqa sözlə, 200 milyon dollarlıq "RQ-4 Global Hawk" öldürdüyü iki-üç radikalla və xərc/fayda hesablaması ilə nəinki "Akıncı", "Aksunqur", "ANKA"nın, heç "Bayraktar TB-2"nin yan-yörəsindən ötə bilməz.
Əgər ABŞ, həqiqətən, özünə doğru gələn bir iş axtarırsa, bu YPG/PKK və radikallara, terrora və radikallığa qarşı mübarizədir. Radikal başçılardan faydalanmaq yox, əsl mübarizə lazımdır. İnsanlığın və ləyaqətin ABŞ və ABŞ Mərkəzi Komandanlığından gözlədiyi budur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın
Prezident onları təltif etdi - Siyahı
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?