Moskva ilə isti görünən təmaslar: "Rəsmi Ankaranı xəbərdar edirlər ki, çox da dərinə getməsin" - FOTO

Moskva ilə isti görünən təmaslar: "Rəsmi Ankaranı xəbərdar edirlər ki, çox da dərinə getməsin" - FOTOAvropa İttifaqı Rusiya ilə yaxınlaşma səbəbilə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyi düşünür. Bu barədə "Financial Times" nəşri məlumat yayıb. Bildirilib ki, bir neçə Qərb rəsmisi Rusiya və Türkiyə prezidentlərinin Soçidəki danışıqlardan sonra ölkələr arasında ticarət və enerji sahəsində əməkdaşlığı genişləndirmə vədlərindən narahatdır.

Maraqlıdır, bu sanksiyalar nədən ibarət ola bilər? Mövcud təhdidin Türkiyəni Rusiya ilə ticari əlaqələrdən çəkindirmə ehtimalı varmı?

Məsələni Oxu.Az-a şərh edən beynəlxalq münasibətlər üzrə mütəxəssis, professor Yalçın Sarıkaya bildirib ki, xəbərin vaxtı və üslubu bunun, heç şübhəsiz, media vasitəsilə Türkiyəyə verilən mesaj olduğunu ortaya qoyur:

"NATO adlı təhlükəsizlik bloku olduğu halda AB üçün blok ifadəsinin işlədilməsi, Türkiyə iqtisadiyyatının onsuz da "kövrək" olduğuna işarə edilməsi, bir sıra adı açıqlanmayan avropalı və amerikalı diplomat və bürokratlara istinad göstərilməsi də bunun belə olduğunu göstərir.
Düzü, Türkiyə son bir-iki ildə xarici siyasətdə problem yaşadığı müxtəlif aktorlarla münasibətlərini yaxşılaşdırmağa yönəlmiş siyasət yürüdür və bunu "normallaşma" kimi təqdim edir. Qarabağ zəfərindən sonra Ermənistanla yeni münasibətlərin inşası, İsraillə uzun fasilədən sonra əlaqələrin canlanması, Misirlə münasibətlərin bərpası, hətta bütün təxribatlarına rəğmən, Yunanıstana verilən mesajlara belə, bu kontekstdən baxılmalıdır. Bu normallaşma üfüqünün içində yer alan hədəflərdən biri isə ABŞ-dır.

Lakin ABŞ Türkiyəyə nəinki müttəfiq kimi baxmır, hətta normal iki dövlətin bir-birinə qarşı göstərməməli olduğu kəskin bir münasibət nümayiş etdirir. Çoxtərəfli danışıqlarda bir araya gələn liderlərin mətbuat qarşısında səmimi poza vermələri çox təbiidir. Lakin ortada ABŞ-ın CAATSA, yəni "ABŞ-ın düşmənləriylə mübarizə"si çərçivəsində sanksiyaya məruz qoyduğu bir Türkiyə var".

Professor qeyd edib ki, Rusiyadan enerji asılılığının azaldılması istiqamətində atılan addımlar qısa müddətdə nəticə verəcək səviyyədə deyil:

"Sadəcə, bəziləri bunu qəbullanmaq istəmirlər. Türkiyə Ukraynanın ərazi bütövlüyünün pozulmamalı olduğunu hər fürsətdə dilə gətirib, Rusiyanı bu işğalı sonlandırmağa səsləyib, Ukraynaya müharibə cəbhəsində böyük üstünlük verən PUA-lar satıb, ancaq Vaşinqton istəyir deyə Rusiyaya sanksiya tətbiq etməyəcəyini də bildirib.

Biz bilirik ki, Aİ son vaxtlar bir neçə dəfə Türkiyəyə qarşı sanksiya məsələsini gündəmə gətirib. Məsələn, iki il əvvəl insan haqları, sərbəst toplaşmaq və nümayiş azadlığı kimi məsələlərə istinad edilərək belə sanksiyalara işarə edilirdi. 2020-21-ci illərdə Fransa və Yunanıstanın Türkiyəyə sanksiya tətbiq etmək üçün apardıqları mübarizəni də xatırlayırıq. Lakin unutmamalıyıq ki, bu sanksiyaların tətbiqi Avropa Şurasında yekdillik tələb edəcək.

Bu tipli yeganə sanksiya Türkiyənin Şərqi Aralıq dənizində öz yurisdiksiyasında qazma və kəşfiyyat fəaliyyətləri üçün tətbiq edilmişdir və hələ də qüvvədədir. "Financial Times"ın xəbərlərinin işarə etdiyi indiki sanksiyalar isə maliyyə sahəsinə işarə edir və görünür, Türkiyə hökumətinə birbaşa iqtisadi təzyiq yaratmaq məqsədi daşıyır".

Professor sanksiyalar tətbiq ediləcəyi təqdirdə bunun siyasi baxımdan türkiyəli seçicilərə də mənfi təsir göstərəcəyini vurğulayıb:

"Ona görə də Türkiyə diplomatiyasının Aİ dövlətləri ilə ikitərəfli münasibətlərində vasitələrə əl atacağını istisna etmək olmaz. ABŞ Türkiyəni müharibə şəraitində fürsətcil olmaqda ittiham edir və Aİ dövlətlərinin bu məsələ ilə bağlı qərarını müəyyənləşdirməyə çalışır. Lakin onun problemi Türkiyənin fürsətcilliyi deyil, Ankaranın Moskva ilə dialoqa hələ də açıq olmasıdır".

Həmsöhbətimiz Türkiyənin hətta Aİ-nin qurucu böyüklərinin belə ticarət əlaqələrini tam kəsmədiyi Rusiya ilə münasibətlərini sonlandırmayacağını vurğulayıb:

"Ticarətin milli valyutalarla edilməsi məsələsi isə bu günün mövzusu deyil, illərdir gündəmə gətirilən və qismən tətbiq edilən bir məsələdir. Ancaq müdafiə sənayesi və maliyyə məsələlərində Ankara daha ehtiyatlı ola bilər. Nə qədər ki məsələnin mərkəzində Türkiyə-ABŞ münasibətləri var, biz bunu birbaşa Avropa məsələsi kimi görə bilmərik. Türkiyənin NATO üzvü kimi mümkün genişlənmədə veto kartından istifadə edə biləcəyi məlumdur. Bu mövzuda əldə olunan razılaşma tərəflərin öhdəliklərindən asılıdır. Əgər ABŞ Aİ-dən Türkiyəyə qarşı birgə addım gözləyirsə, bunun həm NATO, həm də müttəfiqlik anlayışı üçün müəyyən nəticələri olacağını düşünməlidir".

Siyasi təhlilçi Şahin Cəfərli isə hesab edir ki, Avropa Birliyinin Türkiyəyə sanksiya tətbiq etməsi hələ ki gündəmdə deyil:
"Sadəcə, Qərb çevrələri Türkiyənin Rusiya ilə iqtisadi əlaqələri dərinləşdirmək niyyətindən narahatdırlar. Onlar Türkiyənin bu siyasətinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozacağını düşünürlər. Xüsusilə də söhbət Türkiyənin "Mir" ödəniş kartları sisteminə şərait yaratması ilə bağlı əldə olunan razılaşmadan gedir. Bu, Rusiyanın Qərb sanksiyalarından yayınması kimi qiymətləndirilir. O baxımdan Türkiyə bu cür addımlarda ehtiyatlı olmalıdır. Rusiya ilə iqtisadi ticarət əlaqələrini daha da dərinləşdirərsə və Rusiyanın sanksiyalardan yayınmasına şərait yaradarsa, Türkiyənin də sanksiya altına düşmə ehtimalı var".

Ekspert Türkiyənin bu cür radikal addımlar atmaqdan çəkinəcəyini deyib:

"Rusiya əhəmiyyətli bir tərəfdaşdır, amma Avropa Birliyi Türkiyə üçün daha önəmlidir. Biz Türkiyənin xarici siyasətinə nəzər salsaq, görərik ki, Türkiyə Rusiya ilə ticarətdə uduzan tərəfdir. Yəni Türkiyə Rusiyaya az mal satır, çox mal alır. Amma AB ilə ticarətdə Türkiyə qazanan tərəfdir, çünki ixracı idxalından daha çoxdur. Türkiyəyə qarşı hansısa iqtisadi sanksiyanın tətbiq olunması Türkiyənin onsuz da kövrək olan iqtisadiyyatına daha ağır zərbə vura bilər. Bu xalqa da, seçki ərəfəsində olan hökumətə də lazım deyil".

Politoloq Elxan Şahinoğlu isə Türkiyənin kapitala ehtiyacı olduğunu diqqətə çatdırıb:
"Avropa İttifaqı şübhələnir ki, Türkiyə-Rusiya iqtisadi əməkdaşlığı genişlənə və sanksiyalar altında olan Rusiya şirkətləri Türkiyəyə investisiya qoya bilərlər. Görünür, ABŞ da diplomatik kanallarla Türkiyəni xəbərdar edib. Bu gün Türkiyənin kapitala, investisiyaya ehtiyacı var, ölkədə inflyasiya artır, xalqın alıcılıq qabiliyyəti aşağıdır. Rusiya prezidenti istəyir ki, əlində olan kapitalı Türkiyəyə cəlb etsin, bu da Türkiyənin marağındadır. Ona görə də Rusiya ilə iqtisadi əməkdaşlıq artır, artıq gələcək hədəf ticarət mübadiləsini 100 milyard dollar artırmaqdır. Ölkəyə Rusiyadan turistlər gəlir, Rusiya Türkiyədə atom elektrik stansiyası tikir, qaz alır. Amma problem ondadır ki, Rusiya Türkiyənin bank hesablarında müxbir hesabları açmaq istəyir. Bu, Qərbi narahat edir, çünki həmin Rusiya bankları sanksiya altındadır. Ona görə də Türkiyəni xəbərdar edirlər ki, Rusiya ilə əməkdaşlıqda çox dərinə getməsin. Bunların fonunda hesab edirəm ki, Putin Ərdoğana əməkdaşlığı inkişaf etdirməyi təklif etsə də, Ərdoğan qərar verməkdə tələsməyəcək".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 750   Tarix: 10 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldı

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında qala biləcək insanların axtarışına başlanılıb. xəbər verir ki, bu barədə "Caracol" telekanalı məlumat yayıb. * Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı. Hökumət orqanlarının məlumatın

10 avqust
.

Tesla ABŞ-da 20 mindən çox avtomobili geri çağıracaq

Amerika avtomobil istehsalçısı Tesla, ABŞ-da həddindən artıq parlaq yaxın işıq faralarına görə 20.349 avtomobili geri çağırır. xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyas məlumat verib. Geri çağırış bəzi Tesla Model 3 və Model Y avtomobillərinə təsir göstərir. Artan farala

11 avqust
.

"Aclıq daşları" yenidən göründü: Avropada şiddətli quraqlıq həyəcanı

Məhsulsuzluq riski ilə əlaqəli su səviyyəsinin kritik dərəcədə azalmasını göstərən "aclıq daşları" adlandırılan tarixi nişanlar Almaniyanın Saksoniya federal əyalətində Elba çayında uzunmüddətli quraqlıq səbəbindən üzə çıxıb. xəbər verir ki, bu barədə NTV telekanalı xəbər yayıb. Üzərində tarixlə

10 avqust
.

NYT: Arsenalların tükənməsi Pentaqonu HHM sistemlərini Avropadan Yaxın Şərqə yönləndirməyə məcbur edir

Arsenalların tükənməsi Pentaqonu Asiya və Avropadan gəmiləri, aviasiyanı və hava hücumundan müdafiə (HHM) bölmələrini Yaxın Şərqə yönləndirməyə məcbur edir. "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yazıb. Məqalədə qeyd olunub ki, b

9 avqust
.

ABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıb

Amerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək. xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb. "ABŞ hökuməti müsadirə edilmi

11 avqust
.

Latviya Belarusla sərhədin altında tunel aşkar edib

Latviya Belarusla sərhədin altında tunel aşkar etdiyini bildirib və ölkənin şərq sərhədində nəzarətin gücləndirilməsi tədbirlərini elan edib. "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava baş nazir Andris Kulberqs ilə birgə mətbuat konfransınd

11 avqust
.

Hörmüz böhranı Körfəz ölkələrinin zəifliyini üzə çıxardı

Hörmüz boğazında yaranan böhran Körfəz ölkələrinin enerji və ərzaq təhlükəsizliyi baxımından dəniz marşrutlarından nə qədər asılı olduğunu nümayiş etdirib. Boğazdan keçən gəmiçiliyin pozulması regionun yalnız neft ixracına deyil, gündəlik istehlak üçün zəruri məhsulların tədarükünə də ciddi risk yaradıb

10 avqust
.

Dəhşətli zəlzələdə ölənlərin sayı artır - Yenilənib - Video

Kolumbiyanın Çoko departamentində baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində 13 nəfər həlak olub. "Qafqazinfo" "El Espectador" nəşrinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Yeraltı təkanların episentri San-Xose-del-Palmar bələdiyyəsind

11 avqust
.

Rusiya İranda yeni nüvə elektrik stansiyaları tikməyə davam edir

İranın Buşehr Atom Elektrik Stansiyasında yeni enerji bloklarının tikintisi davam edir. xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçev bildirib. "Meydanda 2 və 3 nömrəli enerji bloklarının əsas və köməkçi binalarının tikintisi davam edir, eləcə də hidravlik qurğularda hazırlı

10 avqust