Uşaqlıqdan "Hoca" olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANI

Uşaqlıqdan "Hoca" olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANIPartiyasının qurultaylarından birində böyük coşqu ilə çıxış edərkən zaldan bir uşaq səsi gəlir: "Ərdoğan dədə".

O, çıxışını kəsib təbəssümlə səs gələn tərəfə baxır və şəfqətlə, "Əfəndim yavrum" deyə cavab verir.

Zaldakı 5 yaşlı uşağın gözləri sevinclə parlayır və heç bir qadağaya məhəl qoymadan səhnəyə, onun qucağına doğru qaçır. Bu nə ilkdir, nə sondur.

Biz dünyanın ən böyük təzyiqləri qarşısında heç bir zaman aciz qalmayan bu adamı bir yetimin başını sığallayarkən ağlayan da görmüşük, bir şəhid anasının əlini öpərkən göz yaşlarına boğulanda da. O, Rəcəb Tayyib Ərdoğandır.

Lent.az "Onu tanı" rubrikasının bu bölümünü qardaş ölkənin liderinə həsr edir.

Rəcəb Tayyib Ərdoğan 1954-cü il fevralın 26-da İstanbulun Qasımpaşa bölgəsində doğulub. Ailəsi isə əslən Türkiyənin Rizə bölgəsindəndir. Atası Əhməd Ərdoğan sahil mühafizə kapitanı olaraq çalışıb. Rəcəb onun ikinci həyat yoldaşı Tənzilə xanımla nikahından dünyaya gəlib.

Ərdoğanın 2004-cü il avqustun 11-də Gürcüstana səfəri zamanı verdiyi açıqlamaya görə, ailəsi Rizəyə Batumidən köçüb. Bəziləri haqqında laz etnik qrupuna aid olduğunu desə də, o türk olduğunu bəyan edib. Ərdoğan bütün dünyada inadkar, çox qətiyyətli, sözünün sahibi, dediyini edən siyasətçi kimi tanınır. Kluarlarda belə zarafat da dolaşır: "Əsl qaradənizli inadkarlığındadır".

Hələ orta məktəb illərində Ərdoğan dinə baxışlarına görə digər uşaqlardan fərqlənirdi, məktəb yoldaşları ona Hoca (müəllim, molla) deyirdilər. Ailəsinin kasıb yaşaması səbəbindən gələcək prezident məktəbdə oxuya-oxuya küçə ticarəti ilə məşğul olurdu.
1969-cu ildə hələ 15 yaşında ikən Camialtı İdman Klubunda peşəkar futbolçu statusuna yiyələnib. Ərdoğanın atası oğlunun bu idman növü ilə məşğul olmasını istəmədiyindən o, futbol oyunları ilə gizli məşğul olurdu. O, 16 illik futbol karyerasına 1980-ci ildə son qoyaraq siyasi fəaliyyətə başladı.

Ərdoğan Mərmərə Universitetində iqtisadiyyat və menecment fakültəsində təhsil alıb. Universitet illərində siyasi fəaliyyətə də geniş diqqət ayırırdı. 80-ci illərdə Ərdoğan özəl sektorda menecer işləməyə və bizneslə məşğul olmağa başladı. 1982-ci ildə əsgəri xidmətə gedir, 1983-cü ildə yaradılan Rifah Partiyasında siyasi həyatına davam etdi. Az sonra partiyanın rəhbər şurasına seçilən şəxslər arasında Ərdoğanın da adı olur.

1994-cü il martın 27-də İstanbul bələdiyyə sədri vəzifəsinə namizədliyini irəli sürür və böyük səs çoxluğu ilə bu posta seçilir. Onun sədrliyi şəhərdə 50-dən çox körpü, keçid və yol inşa edilir, şəhərə 4 milyard dollar həcmində investisiya yatırılır. Bütün bunlar sadə insanlar arasında Ərdoğanın şöhrətini çox sürətlə artırır.

Siyasi həyatda isə Ərdoğan əvvəlki kimi Rifah Partiyasının lideri Nəcməddin Ərbakanı dəstəkləyirdi. 1997-ci ildə Ərbakan hökuməti Türkiyədə dini dövlət yaratmağa cəhddə ittiham olunduğu üçün, istefaya məcbur edildi. Həmin ilin dekabrında Ərdoğan Siirt bölgəsində keçirilən mitinqdə oxuduğu şeirə görə istefaya göndərildi. Bu şeirə görə 4 ay həbs yatsa da, bütün siyasi karyerası boyu şeirlərlə siyasi mesajlar göndərməyə davam etdi. Hətta bir dəfə Almaniyada Sədi Şirazidən bir beyt qəzəl demiş, bununla tərcüməçini çətin vəziyyətə salmışdı.

O, ikinci dəfə məhkəmə qarşısında sevdiyi xalqın tələbi ilə dayandı. "Hörmətli Öcalan bu an düşüncələrinin deyil, almış olduğu kəllələrin hesabını verir. Mən isə düşüncələrimə görə, 4 ay həbs cəzası çəkmişəm. Aramızdakı fərq çox böyükdür".

PKK terror təşkilatının lideri Öcalana "hörmətli" deyə müraciət etməsi Şəhid Anaları Dərnəyi tərəfindən onun məhkəməyə verilməsi ilə nəticələndi.

2001-ci ilin avqustun 14-də Ədalət və İnkişaf (AKP) partiyasını yaratdı. Barəsində keçmişdə məhkəmə hökmləri olduğu üçün Ərdoğan nə parlamentə, nə də hökumətə daxil ola bilməzdi. Bu səbəbdən bir müddət Ərdoğanın ən yaxın silahdaşlarından biri sayılan Abdulla Gül partiya rəhbəri və baş nazir vəzifəsini icra etməli oldu. Abdulla Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri oldu.

Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayandı, kəskin inflyasiyanın qarşısı alındı. Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı. Baş nazir vəzifəsinin ardından Ərdoğanı Türkiyənin Prezidenti olmaq vəzifəsi gözləyirdi və artıq uzun illərdir bu vəzifəni uğurla icra edir.

Etiraf etmək lazımdır ki, Ərdoğanın hakimiyyəti illərində Türkiyənin dünyada nüfuzu çox gücləndi, o aktiv beynəlxalq oyunçuya çevrildi. Ərdoğanın türk tarixinə verdiyi böyük dəyər, həmçinin Osmanlı dövlətinin yaranışı, mövcudluğu barədə möhtəşəm film və serialların çəkilməsinə səbəb oldu. Amma onu sevməyən güclər "Prezident sultan olmaq istəyir, monarxiyanı yenidən yaratmaq istəyir" şəklində fikirlərlə demokratları ona qarşı qaldırmağa çalışdılar.

Hər bir halda Ərdoğan öz yolundan, doğru bildiyindən geri dönmür. Bu, bəzən ona baha başa gəlsə də.

Həyat yoldaşı Əminə Gülbaranla 1977-ci ildə tanış olub, 1979-cu ilin iyul ayında isə ailə həyatı qurublar. Bu nikahdan cütlüyün Əhməd Burak və Nəcməddin Bilal adlı iki oğlu, Əsra və Sümeyyə adlı iki qızları var. Ərdoğanın övladlarının hamısı ABŞ-da ali təhsil alıb.

O, Azərbaycana sevgisini sözdə deyil, əməldə də isbatladı. Qarabağ probleminin həllində hər zaman Azərbaycanı dəstəklədi və qələbəmizə qədər bizimlə qoşa addımladı. Zəfər paradında da Azərbaycan Prezidenti İlham Əliyevlə əl-ələ idi.

Azərbaycan-Türkiyə əlaqələri bu iki dövlət başçısının rəhbərlikləri dövründə ən yüksək səviyyəyə çatdı. İki liderin dostluğu iki qardaş ölkənin bir-birinə qucaq açması, qaynayıb qarışması ilə nəticələndi.
Dünyanın ən nüfuzlu dövlətlərinin liderləri görüşlərdə Ərdoğanın qarşısında ayağa qalxır, ona böyük hörmət nümayiş etdirirlər. O isə bir tək ölkəsinin bayrağı qarşısında diz çökür.
Ərdoğanı tez- tez sadə ailələrlə birlikdə iftar süfrəsində görmək olar, məmləkət cocukları ona həvəslə "dədə" deyirlər, Ərdoğan bir əsgərin istəyi ilə onun sevdiyi qızın ailəsinə elçi düşmüş, qızın xeyir-duasını ailəsindən almışdı. Onun məharəti yalnız dövləti idarə etməkdə yox, həm də könülləri sevgi ilə fəth edərək, rəğbət qazanmasındadır.
Uşaqlıqdan "Hoca" olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANIUşaqlıqdan "Hoca" olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANIUşaqlıqdan "Hoca" olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANIUşaqlıqdan "Hoca" olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANIUşaqlıqdan "Hoca" olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANI


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1498   Tarix: 11 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama

"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış

18 oktyabr
.

Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır

Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib. "Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərb

18 oktyabr
.

ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v

18 oktyabr
.

Livan Prezidenti İsraili qoşunların çıxarılması barədə razılaşmanı pozmaqda ittiham edib

İsrail ABŞ-nin vasitəçiliyi ilə iyun ayında bağlanmış və "Hizbullah" hərəkatı tərk-silah edildikdən sonra İsrail qoşunlarının ölkənin cənubundan çıxarılmasını nəzərdə tutan çərçivə sazişinin müddəalarını yerinə yetirmir. "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu Livan Prezident

19 oktyabr
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18 oktyabr
.

BBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb

BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ

19 oktyabr
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19 oktyabr
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18 oktyabr
.

Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb

Liviyanın Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyinin azı 9 əməkdaşı paytaxt Tripolidən qərbdə yerləşən Zaviyyə şəhərində təlimlər zamanı minaatandan atılan atəş nəticəsində ölüb, bir neçə nəfər yaralanıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə baza

19 oktyabr