Tramp bütün sirləri açdı: "Obama qaçaq yolla..." - Şok iddia
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Mar-A-Laqodakı malikanəsinə basqın edən Federal Təhqiqatlar Bürosunu (FTB) hədəfə alıb.
Tramp gözləntilərin əksinə olaraq evindən aparılan sənədlərin yayımlanmasına qarşı olmadığını söyləyib.
"Mar-a-Laqodakı evimə Amerikaya yaraşmayan, əsassız və lazımsız basqınla bağlı sənədlərin yayımlanmasına qarşı çıxmayacam. Hətta bir addım da irəli gedirəm – bu sənədlərin yayımlanmasını təşviq edəcəm. Sənədləri yayımlayın", - eks-prezident bildirib.
Donald Tramp əlavə edib:
"Hər şey çox yaxşı gedirdi, vəziyyət bir çox əvvəlki prezidentlərdən daha yaxşı idi, amma birdən-birə heç bir xəbərdarlıq etmədən Mar-A-Laqodakı mülkümə səhər saatlarında çoxsaylı agentlər tərəfindən basqın edildi. Onlar hədlərini aşdılar".
Axtarış aparan agentlərin onun və həyat yoldaşının yataq otağına girərək şəxsi həyatlarına da hücum etdiklərini bildirən Tramp vurğulayıb: "Agentlər birinci xanımın şkaflarında axtarış aparıb, paltarlarını və şəxsi əşyalarını gözdən keçiriblər. Evi bərbad hala salıblar".
Tramp FTB-nin onun evində nüvə silahlarına dair sənədlər axtarması ilə bağlı iddiaya belə cavab verib: "Bu saxtakarlıqdır".
FTB-yə etirazını davam etdirən ABŞ-ın 45-ci prezidenti vurğulayıb:
"Niyə FTB vəkilimizi Mar-A-Laqodakı axtarışa buraxmadı? Onu kənarda gözlətdilər, yaxınlaşmağa imkan vermədilər".
Prezident Co Baydenin ikili standartlar tətbiq etdiyini vurğulayan Tramp sələfi Barak Obamanın Ağ Evdən qaçaq yolla çıxardığı 33 milyon səhifəlik sənədlərin niyə təqib olunmadığını soruşub:
"Barak Hüseyn Obamanın Ağ Evdən Çikaqoya apardığı 33 milyon səhifəlik sənədlərə nə oldu? Bunları geri verməkdən imtina etdi. Obamanın Martas-Vinyarddakı malikanəsinə də basqın edəcəklər?".
"Vaşinqton Post" qəzeti Trampın evinə basqında məqsədin nüvə silahlarına aid məxfi sənədlər axtarmaq olduğunu iddia edib. FTB isə Mar-A-Laqo malikanəsindən 11 dəst "tam məxfi" möhürü vurulmuş sənəd tapdığını açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1204 Tarix: 13 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var
Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni
17 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu
İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı
17 sentyabr 2021Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18 sentyabr 2021Napoleonun baş geyimi hərraca çıxarılır
Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun
16 sentyabr 2021Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 2021Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021