Körpənin yellənərək yatırılması düzgün deyil

Körpənin yellənərək yatırılması düzgün deyilYuxu orqanizm üçün lazım olan mühüm fiziologiyadır. İnsanlarda yuxunun optimal müddəti müxtəlif olur.

Körpələrin isə yuxuya olan tələbatı daha artıqdır. Bəzi valideynlər körpələri dizləri üstə və ya başqa yerdə yelləyərək yatızdırırlar. Mütəxəssislər hesab edirlər ki, uşaq yellənən zaman gözləri bir nöqtəyə baxır və yorğun olduğuna görə yox, başı gicəlləndiyinə görə yuxuya gedir, yəni körpə sərsəmləyərək yatır.

Həkim-pediatr Əkbər Quliyevin dediyinə görə, bu hal körpələrdə qalıcı beyin zədələrinə gətirib çıxara bilər: "Körpələrin yellənərək yatızdırılması onlarda sarsıma yaradır, beyin daha oyanıq halda olur. Yuxusunu tam almayan uşaqlarda davranış pozuntusu, aqressivlik və aktivlik müşahidə edilir. Məlum olduğu kimi, yuxunun dərin və səthi fazaları var. Bu cür yatan uşaqlar yuxunun keçid dövründə oyanır və həmin dəstəyi tələb edirlər. Belə olanda artıq onlarda yuxu pozuntusu yaranır".

Bir yaşınadək körpələr gün ərzində 18 saat yata bilər. Uşaqlarda gündüz yuxusu 2-3, gecə yuxusu isə 7-8 saat və dəstəksiz olmalıdır. Həkim-pediatrın dediyinə görə, uşaq özü heç bir əlavə köməkçi vasitə olmadan yuxuya getməlidir: "Beş ayından sonra körpənin yellənilməsi, əmzik verilməsi, yaxud hansısa bir mahnı, musiqi sədaları altında yatırılması ona mənfi təsir edir. Bəzən analar uşaqları ayaqları üstünə qoyub şiddətlə yelləyərək onları bayıldıb yatırırlar. İlk beş ayında yüngül amplitudada körpəni yelləmək onun yatmağına kömək edir".

Həkim-pediatr deyib ki, yelləmə zamanı sürət güclü olarsa, körpədə beyin silkələnməsi baş verə bilər. Ona görə də valideynlərə uşağın yuxuya getməsi üçün yelləmək yox, digər üsullardan istifadə etmək məsləhət görülür.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1505   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti

Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi

6 sentyabr
.

Alimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi

13 sentyabr
.

Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi

Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b

8 sentyabr
.

Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər

Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib

8 sentyabr
.

Hovuz suyunda TƏHLÜKƏ: Uşaqlara necə təsir edir?

Hovuz suyunun dezinfeksiyasında xlor mühüm rol oynasa da, onun səviyyəsinin düzgün tənzimlənməsi vacibdir. Xlorun digər maddələrlə reaksiyası nəticəsində yaranan xloraminlər göz, dəri və tənəffüs yollarında qıcıqlanmaya səbəb ola bilər, xüsusilə qapalı hovuzlarda havalandırma da önəm daşıyır. Bəs, hovu

7 sentyabr
.

C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..

Məşhur fikrin əksinə olaraq, C vitamini insanların əksəriyyətini soyuqdəymədən qorumur, ilk simptomlar zamanı onun yüksək dozada qəbulu isə ümumiyyətlə faydasızdır. xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb. C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafatı laureat

1 sentyabr
.

Hədsiz artıq çəkinin yaranmasının səbəbi nələrdir? - AÇIQLAMA

Son illər artıq çəki problemi yalnız qidalanma vərdişləri ilə deyil, həyat tərzi, stress, yuxu rejimi və müxtəlif sağlamlıq faktorları ilə də əlaqələndirilir. Bəzən insan az yediyini düşünsə də, çəkisi artmaqda davam edir. Bu isə artıq çəkinin arxasında başqa səbəblərin olub-olmaması sualını gündəm

8 sentyabr
.

Qızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)

Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə

10 sentyabr
.

Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq

Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay

6 sentyabr