"Turan Tovuz"la matçın təxirə salınmasını mən istədim" - Qurban Qurbanov

"Turan Tovuz"la matçın təxirə salınmasını mən istədim" - Qurban Qurbanov"Futbolçularımı təbrik edirəm. İntizamlı və əks-hücumlarda təhlükəli olan komandaya qarşı oynadıq. Səbirli olmaq önəmli idi. Vacib 3 xal qazandıq. Qələbəyə layiq idik. Rəqibə uğurlar arzu edirəm".

Sonxeber.az "Report"a istinadən bildirir ki, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bu qarşılaşmanın Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə UEFA Çempionlar Liqasının pley-off görüşləri üçün faydalı olacağını söyləyib: "Plzen təmsilçisinin oyununa baxmışam. Bizə qarşı daha çox sürpriz edə bilərlər. Hələ vaxtımız olacaq. Onları yaxından təhlil edəcəyik".

Qurbanov III turda "Turan Tovuz"la görüşün təxirə salınmasına münasibət bildirib: "Görüşün təxirə salınmasını mən istədim. Matçlar arasında 6 gün fərq var idi. Son zamanlarda sıx qrafikdəyik. Futbolçular çox yüklənir. Səfərə gedəcəyik, buna görə istədik ki, oyunçular bir yerdə heç olmasa 3 gün hazırlaşa bilsinlər. Qarşılaşmanın təxirə salınmanın faydası olacağını düşünürəm".

Təcrübəli baş məşqçi oyunun VAR sisteminə görə çox dayandığını sözlərinə əlavə edib: "Əsas vaxta baxsaq, bəlkə də elə 90 dəqiqə oynamışıq. Hakimlərimiz VAR-a yeni öyrəşir. Qərarlarda bir az gecikirlər. Zamanla bunlar düzələcək, daha tez qərar veriləcək".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1343   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elvin sabahkı matçda oynayacaq? - Açıqlama

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin sabah Avroliqa matçında "Vestri"yə qarşı matçda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb. "Qafqazinfo" xəbər verir ki, o, müdafiəçinin meydana çıxa biləcəyini istisna etməyib:. "Elvin bizi

8 iyul
.

Levandovski qəfildən Ronaldoya qarşı çıxdı: İbrahimoviçin sözlərini yenidən paylaşdı

"Barselona"nın keçmiş hücumçusu Robert Levandovski ("Çikaqo Fayr" komandasına keçib) bu yaxınlarda beynəlxalq qalmaqala səbəb olan səhvə yol verib. "Barselona"nın keçmiş oyunçusu olmasına baxmayaraq, "Real"ın əfsanəsi Kriştiano Ronaldoya qarşı hücumu dəstəklədiyin

6 iyul
.

Erve Renar Tunis millisi ilə vidalaşdı

Fransalı mütəxəssis Erve Renar futbol üzrə Tunis millisinin baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib. Erve Renar Tunis millisinə dünya çempionatının qrup mərhələsinin ilk turundan sonra - iyunun 16-da baş məşqçi təyi

5 iyul
.

Messi, yoxsa Salah? - Argentina Misirə qarşı

Son dünya çempionu Argentina millisi bu gün mundialda 1/8 finala çıxacaq. "Qafqazinfo" xəbər verir ki, cənubi amerikalılar Misirlə qarşılaşacaq. Bu görüş həm də argentinalıların kapitanı Lionel Messi və misirlilərin ulduzu Məhəmməd Salah arasında mübarizə baxımından maraqlı olacaq. Matç Bak

7 iyul
.

Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi

DÇ-2026-nın 1/16 finalında keçirilən Kolumbiya - Qana matçının (1:0) ən yaxşı oyunçusu açıqlanıb. "Qafqazinfo" FİFA-ya istinadən xəbər verir ki, bu, Kolumbiya yığmasının futbolçusu Luis Dias olub. Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzləni

4 iyul
.

"Qarabağ"ın hücumçusu "Seltik"də?

Şotlandiyanın "Seltik" klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır. Klubun maraq dairəsinə düşən futbolçulardan biri də "Qarabağ"da çıxış edən kolumbiyalı hücumçu Kamilo Durandır. Qaynarinfo bu barədə Şotlandiya mediasına istinadən xəbər verir. Məlumatd

3 iyul
.

Messi 40 yaşlı qapıçı Vozinya barədə danışdı

DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində baş tutan və Argentinanın Kabo-Verde üzərində 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra komandanın kapitanı Lionel Messi rəqib qapıçı Vozinyanın möhtəşəm performansına biganə qala bilməyib. xəbər verir ki, məşhur idman jurnalisti David Ornşteyn b

4 iyul
.

"Qarabağ" bu futbolçusunu 6,8 milyona satır - Danışıqlar yekunlaşır

Şotlandiyanın "Seltik" klubu "Qarabağ"ın hücumçusu Kamilo Duranın transferini yaxın günlərdə rəsmiləşdirməyə hazırlaşır. Qaynarinfo "Glasgow Times"a istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun menecerləri hazırda Şotlandiyadadır və tərəflər müqavilənin yekun şərtlərin

6 iyul
.

DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib. "Report" xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/16 finalın son oyunundan sonra aydınlıq gəlib. Bununla da turnirin 1/8 fina

4 iyul