"Ayntraxt" klubu "Qarabağ"la oyuna azarkeşsiz çıxacaq: UEFA-dan sərt qərar

"Ayntraxt" klubu "Qarabağ"la oyuna azarkeşsiz çıxacaq: UEFA-dan sərt qərarUEFA-nın (Avropa Futbol Assosiasiyaları İttifaqı) Nəzarət-Etika və İntizam Komitəsi Frankfurtun "Ayntraxt" klubunun azarkeşlərinin Çempionlar Liqasında "Qarabağ"la səfər oyununa qatılmasını qadağan etmək qərarına gəlib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Komitənin saytında məlumat verilib.

UEFA əvvəlki oyunda "Ayntraxt"ın "Barselona"ya məğlubiyyətindən sonra azarkeşlərin qəzəblənərək pirotexniki vasitələrdən istifadə etmələrinə, fişənglər yandırmalarına və stadionun tualetlərini dağıtmalarına görə "Qarabağ"la Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək səfər oyunu üçün bilet satışına məhdudiyyət qoyub.

Həmçinin "Ayntraxt" cərimələnib.

"Frankfurtun "Ayntraxt" klubu 30 000 avro məbləğində cərimə edilsin və ona UEFA klub turnirinin əlavə bir səfər oyunu üçün öz azarkeşlərinə bilet satması qadağan edilsin. Zərər vurduğuna görə isə "Ayntraxt"dan 8 000 avro tutulsun. "Ayntraxt"dan azarkeşlərinin qonaq sektorunun tualetlərinə vurduqları ziyanın aradan qaldırılması üçün bu qərarın bildirildiyi tarixdən etibarən 30 gün ərzində "Barselona" ilə əlaqə saxlaması tələb edilsin", - deyə saytın məlumatında bildirilib.

Xatırladaq ki, "Qarabağ"-"Ayntraxt" oyunu 2026-cı il yanvarın 21-nə, saat 21:45-ə planlaşdırılıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 722   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

UFC Fight Night Baku" Azərbaycanın idman tarixində yeni mərhələdir - Aqil Acalov

Azərbaycanın mötəbər və nüfuzlu idman yarışlarına evsahibliyi etməsi üçün seçilməsi ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının, geniş infrastruktur layihələri və sağlam həyat tərzini özündə əks etdirən siyasətin uğurlu nəticəsidir. Hər il Bakıda idmanın demək ola

27 iyun
.

"Milan" 40 yaşlı Luka Modriçə yeni mövsüm üçün müqavilə təklif edib

"Luka Modriç "Milan"la müqaviləsinin müddətini uzada bilər. "Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu 40 yaşlı xorvatiyalı yarımmüdafiəçiyə yeni sözləşmə təklif edib. Tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə yekun qəra

4 iyul
.

"Qarabağ" və Marko Yankoviçin lider olduğu göstərici açıqlandı

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 90 dəqiqə ərzində ən çox dəqiq ötürmə müəllifi olan futbolçular bəlli olub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib. "Qarabağ"ın futbolçusu Marko Yankoviç birinci pillədə qərarlaşıb. Yarımmüdafiəçini

1 iyul
.

Azərbaycan Premyer Liqası: Son 5 mövsümdə nə qədər azarkeş olub?

Azərbaycan Premyer Liqasında son 5 ilin tamaşaçı statistikası açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib. Sonuncu 2025/2026 mövsümündə keçirilən 198 oyunda ümumilikdə 285 min 778 tamaşaçı qeydə alınıb və hər qarşılaşmaya orta hesabla 1443 azarkeş düşüb

1 iyul
.

Mbappe dünya çempionatlarının tarixinə düşdü

Fransa millisinin hücumçusu Kilian Mbappe üç fərqli dünya çempionatının pley-off mərhələlərində ən azı üç qol vuran ilk futbolçu olub. bu barədə TASS agentliyinə istinadən xəbər verir. Mbappe DÇ-2026-nın 1/8 finalında Paraqvay yığması ilə matçın (1:0) 70-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməkl

5 iyul
.

"Barselona" Jül Kundeni "Mançester Yunayted"ə təklif edib

İspaniyanın "Barselona" klubu müdafiəçisi Jül Kundeni İngiltərənin "Mançester Yunayted" komandasına təklif edib. "Report" "TEAMtalk"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı fransalı futbolçu üçün 50 milyon avrodan çox məbləğ tələb edir. Həftəli

4 iyul
.

Levandovski qəfildən Ronaldoya qarşı çıxdı: İbrahimoviçin sözlərini yenidən paylaşdı

"Barselona"nın keçmiş hücumçusu Robert Levandovski ("Çikaqo Fayr" komandasına keçib) bu yaxınlarda beynəlxalq qalmaqala səbəb olan səhvə yol verib. "Barselona"nın keçmiş oyunçusu olmasına baxmayaraq, "Real"ın əfsanəsi Kriştiano Ronaldoya qarşı hücumu dəstəklədiyin

6 iyul
.

"UFC Fight Night Baku": Qazaxıstanlı Almabayev qələbə qazandı

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub. xəbər verir ki, turnirin üçüncü əsas qarşılaşmasında Qazaxıstanı təmsil edən Asu Almabayev (57.15 kq) ABŞ-dən olan Çarlz Consonla (56.92 kq) qarşıaşıb. Superyüngül çəkidə keçirilən döyüşdə Asu Almabayev Çarlz Conson

27 iyun
.

Messi 40 yaşlı qapıçı Vozinya barədə danışdı

DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində baş tutan və Argentinanın Kabo-Verde üzərində 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra komandanın kapitanı Lionel Messi rəqib qapıçı Vozinyanın möhtəşəm performansına biganə qala bilməyib. xəbər verir ki, məşhur idman jurnalisti David Ornşteyn b

4 iyul