Azərbaycanlı ABŞ-da çempion oldu - FOTO/VİDEO
Amerika Birləşmiş Ştatlarında yaşayan həmyerlimiz Hüseyn Əliyev avqustun 14-də Hyuston şəhərində MMA idman növü üzrə çempionluq döyüşü keçirib.
Oxu.Az-ın məlumatına görə, "Fury FC 67 - UFC Fight Pass" turnirində 65,7 kq çəki dərəcəsində çempionluq kəməri üzrə döyüşdə Hüseyn Əliyev rəqibi, bu liqanın artıq keçmiş çempionu və məşhur "Glory" kikboksinq turniri döyüşçüsü Neyt Riçardson üzərində tam üstünlüklə qələbə qazanıb və çempion adına sahib olub.
Qalibiyyət nitqində Hüseyn Əliyev öz baş məşqçisi olan güney azərbaycanlı Nima Mazhari, "American Kickboxing Academy"dən baş məşqçi Xavyer Mendez, Həbib Nurməhəmmədov və digər kamp yoldaşlarına və dəstəkçilərinə təşəkkür edib. Hüseyn Əliyev UFC prezidenti Dana Uayt və matçmeyker Şon Şelbiyə müraciət edərək müqavilə göndərilməsinin vaxtı gəldiyini bildirib.
Bu döyüş Hüseyn Əliyevin "Fury FC - UFC Fight Pass" liqasında üçüncü döyüşü idi.
Hüseyn Əliyev döyüşün dördüncü hissəsində Neyt Riçardsonu nokdauna göndərib, lakin döyüşü vaxtından öncə bitirmək alınmayıb. Son olaraq beş raundun nəticəsinə görə çempionluq adını və turnirin kəmərini həmyerlimiz əldə edib. Maraqlı bir cəhət odur ki, bu rəqib Hüseyn Əliyevin ardıcıl məğlub etdiyi üçüncü çempion idi.
"Fury FC" liqasındakı ötən döyüşündə azərbaycanlı idmançı keçmiş "Combat Global" çempionu və "Ultimate Fighter" şousunda iştirak etmiş Andres Kintanaya qalib gəlmişdi. Turnirdəki ilk döyüşündə isə həmyerlimiz "Fury FC"nin eyni çəkidə çempionu olmuş, Braziliya ciu-citsu idman növü üzrə qara kəmər sahibi Kameron Qraves üzərində qələbə çalmışdı.
Son üç döyüşündə üç çempion üzərində qələbə çalaraq həmyerlimiz UFC-yə çıxmaq şansını maksimallaşdırıb. Hüseyn Əliyevin daxil olduğu menecment şirkəti ən qısa zamanda UFC şirkəti ilə danışıqlara başlayacaq. Hazırda UFC şirkəti "Fury FC" kimi "UFC Fight Pass" turnirlərindən ən yaxşı döyüşçüləri seçir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1643 Tarix: 15 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabr