"700 bal toplayan şagirdin xarici universiteti seçməsi bizim universitetlər üçün ciddi bir mesajdır"- Ceyhun Məmmədov
İstiqamət: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
Bu il IV ixtisas qrupu üzrə ən yüksək – 700 balı toplayan Nigar Ağazadə Azərbaycan universitetlərini deyil, Türkiyənin Ankara Universitetini seçib. Əvvəllər az bal toplayıb Azərbaycanda universitetə qəbul ola bilməyən şagirdlər xaricdə təhsilə üstünlük verirdisə, artıq yüksək bal toplayan şagirdlər də xaricdəki universitetləri seçir. Azərbaycan universitetlərində çatışmayan cəhətlər nədir?
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, bəzi Azərbaycan universitetlərində inkişaf görsək də, onlar xarici universitetlərlə rəqabət aparmaq iqtidarında deyillər:
"Mən hesab edirəm ki, bu bizim ali məktəblər üçün ciddi bir mesajdır. Əslində son illər bəzi Azərbaycan universitetlərində inkişaf görürük, amma Azərbaycan təhsilinin tam keyfiyyətli olduğunu demək çətindir. Bu gün hələ də xarici universitetlərlə rəqabət aparmaq gücündə və iqtidarında deyilik. Ona görə də xaricə kütləvi axın var. Əlbəttə, hər bir vətəndaş hansı ölkədə istəsə, oxuya bilər. Amma həm Elm və Təhsil Nazirliyinin, həm də universitetlərimizin qarşısında çox ciddi vəzifə var ki, biz təhsilin keyfiyyətini maksimum dərəcədə qaldırmalıyıq. Hazırki təhsiin keyfiyyəti tam qaneedici deyil. Dediyim kimi, son illər bəzi universitetlərdə müəyyən irəliləyişi görürük, amma bu da yetərli deyil. Təhsildə yüksək keyfiyyət, inam, etibar təmin olunmalıdır. Universitetlərimiz tədris proqramlarına yenidən baxmalıdır. Universitetlərin yataqxana problemi həll olunmalıdır. Bu problem bir çox universitetdə hələ də qalır. Müəllim-tələbə münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi üçün addımlar atılmalı, universitetlərin işəgötürənlərlə əlaqələri gücləndirilməlidir, yəni elə bir əməkdaşlıq qurulmalıdır ki, universiteti bitirən gənc gələcəkdə özünə uyğun iş tapmaqda çətinlik çəkməsin. Bu istiqamətlərdə ciddi addımlar atılmalıdır ki, biz istədiyimiz keyfiyyəti ən yüksək formada təmin edək və gənclərimiz əlavə vəsait ödəyərək xaricdə yox, Azərbaycanda təhsil alsınlar".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı